Heydər Əliyev Mərkəzi
Hazırda Heydər Əliyev Mərkəzinin direktoru Namazova Təranə Fərman qızıdır. Mərkəzin guşələrində Ulu Öndərin Heydər Əliyev Mərkəzindəki bir çox şəxsi sənədləri, orta təhsil haqqında attestat, 1957-ci ildə Bakı Dövlət Universitetinin diplomu, hakimiyyətinin birinci və ikinci dövründə aldığı təltiflər öz əksini tapıb. Ulu Öndərin 1993-cü ildə xalqın tələbi və təkidli tələbi ilə hakimiyyətə qayıdışı, müstəqil Azərbaycan dövlətini dünyaya tanıtmaq üçün xarici ölkələrə səfərləri, Azərbaycanın milli maraqlarının qorunması istiqamətində atdığı addımlar foto və sənədlərdə əksini tapıb, ayrıca guşədə Ulu Öndərin bir çox dövlətlərin rəhbərləri ilə görüşləri və söhbətləri öz əksini tapıb. Onun müxtəlif vaxtlarda Sumqayıta səfərlərini əks etdirən fotoşəkillər də Heydər Əliyev Mərkəzinin guşələrində yerləşdirilib. Universitetin Heydər Əliyev Mərkəzində Heydər Əliyevin gərgin fəaliyyəti ilə yanaşı, onun həyatının ən incə anlarından bəhs edən sənədlər, fotoşəkillər, kitablar da vardır. Bu dahi şəxsiyyət haqqında yazılmış tarixi kitablar xüsusi maraq doğurur.
Tanınmış ictimai-siyasi xadimlər, elm və təhsil nümayəndələri mərkəzdə olub, təəssüratlarını bölüşüblər. Heydər Əliyev Mərkəzinin Xatirə kitabında Ulu Öndər haqqında xoş sözlər, tarixi kəlamlar yazılıb. O cümlədən, Heydər Əliyev Mərkəzində müxtəlif vaxtlarda baş vermiş tarixi hadisələr: 1918-ci il mart soyqırımı, AXC-nin yaranması, Dirçəliş günü, 20 Yanvar hadisələri, Xocalı soyqırımı, YAP-ın yaranması, Qurtuluş günü, Respublika Günü, Saziş, Müəllimlər günü, Silahlı Qüvvələr günü, Böyük Qurban bayramı və s.
Hər bir universitet işçisi üçün Heydər Əliyev Mərkəzi nümunə mərkəzidir.