Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Karyera və Məzunlarla İş Mərkəzi
Karyera və Məzunlarla İş Mərkəzi

Sumqayıt Dövlət Universitetinin Karyera Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2009-cu il tarixli, 833-IIIQ №-li “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən yaradılmışdır.
Sumqayıt Dövlət Universitetinin Karyera Mərkəzinin Əsasnaməsi Sumqayıt Dövlət Universiteti Elmi Şurasının 29.05.2015-ci il tarixli iclasının (pr. № 08) qərarı ilə təsdiq edilmişdir. Karyera Mərkəzi son illərdə fəaliyyət istiqamətlərini genişləndirmişdir. Buna görə də Karyera Mərkəzinin adı və Əsasnaməsi Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 21.12.2022-ci il tarixli iclasının (protokol № 4) qərarı ilə dəyişdirilmişdir. Karyera Mərkəzinin adı Karyera və Məzunlarla İş Mərkəzi adlandırılmışdır.
Sumqayıt Dövlət Universitetinin Karyera və Məzunlarla iş Mərkəzi universitetin struktur bölməsidir və ali təhsilin ikipilləli strukturunda magistrantların və bakalavrların ixtisasyönümlü təcrübəsini təşkil etməli, məzunlara işə düzəlməkdə dəstək göstərməlidir.
Karyera və Məzunlarla iş Mərkəzi öz fəaliyyətini mövcud qanunvericiliyə uyğun olaraq, dövlət, özəl və xarici müəssisələrlə bağlanmış sazişlər və müqavilələr əsasında həyata keçirməyi nəzərdə tutur.
Dünya təcrübəsində universitetlərin və eləcə də fakültələrin, kafedraların reytinqinin müəyyən edilməsində məzunların işlə təmin edilməsi ən vacib göstəricilərdən biri hesab edilir. Karyera və Məzunlarla iş Mərkəzi Sumqayıt Dövlət Universitetində təhsil alan yuxarı kurs tələbələrinin karyeralarının planlaşdırılmasına məsləhət və istiqamət verərək, onları iş dünyasına hazırlayır. Karyera və Məzunlarla iş Mərkəzinin yaradılmasının başlıca məqsədi gənclərin bilik, praktiki bacarıq və vərdişlərinin artırılması, onların məşğulluq problemlərinin həll edilməsi üzrə kompleks təşkilati, texniki, informasiya, məsləhət, tədris və maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir.
Universitetində təhsil alan yuxarı kurs tələbələrinin karyeralarının planlaşdırılmasına məsləhət və istiqamət verərək, onları iş dünyasına hazırlayır.
Karyera və Məzunlarla iş Mərkəzinin yaradılmasının başlıca məqsədi gənclərin bilik, praktiki bacarıq və vərdişlərinin artırılması, onların məşğulluq problemlərinin həll edilməsi üzrə kompleks təşkilati, texniki, informasiya, məsləhət, tədris və maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir.

Anar Dünyamalıyev – 2001-ci ildə Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinə daxil olmuş, 2005-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.
2007-ci ildən Sumqayıt Dövlət Universitetində fəaliyyət göstərir. Bu illər ərzində müxtəlif vəzifələrdə çalışmışdır:
– Elektroenergetika kafedrasında laborant,
– İnformasiya Texnologiyalar Mərkəzində Texnoloji innovasiyalar və texniki xidmət şöbəsinin müdiri,
– İctimaiyyətlə əlaqələr şöbəsində baş mütəxəssis,
– Mükəmməllik Mərkəzində baş mütəxəssis vəzifəsində.
Dövlət İmtahan Mərkəzinin Sumqayıt Dövlət Universitetində fəaliyyət göstərən məsləhət mərkəzinin əməkdaş kimi çalışmışdır.
Yerli və beynəlxalq təlimlərdə iştirak etmişdir:
• “EURAS Webinar – Closing the Leadership Gap 2025”
• Sabancı Üniversitesi EDU – “Pazar Araştırma Yöntem ve Uygulamaları” vebinar
• İstanbul Aydın Universiteti – “İş Ortamında Öz Yönetim ve Psikolojik Sağlamlık” təlimi
• British Council – Creative Spark layihəsi təlimi
• Erasmus PETRA layihəsi – “Tədqiqat bacarıqlarının inkişaf etdirilməsi” təlimi
• British Council – “Essay yazmaq bacarığı” təlimi
• İstanbul Aydın Universiteti – “Kurumsal Yönetişimde Sürdürülebilirlik” təlimi
• Tempus Sesremo layihəsi – “CV-lərin yazılması, işə qəbul üçün intervyu” təlimi
Yerli və xarici jurnallarda, həmçinin beynəlxalq konfranslarda bir neçə elmi məqalə və tezisin müəllifidir.


KARYERA VƏ MƏZUNLARLA İŞ MƏRKƏZİNİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ:
• Təhsilalanların elektron məlumat bazasının yaradılması;
• Karyera günlərinin təşkil olunması;
• Azərbaycan Respublikasının ali məktəblərində fəaliyyət göstərən Karyera və Məzunlarla iş Mərkəzləri ilə əməkdaşlığın genişləndirilməsi;
• Təhsilalanların öz potensialını ortaya çıxarması üçün münbit şəraitin yaradılması;
• Təhsilalanların və məzunların irqi, dini, cinsi, mənşəyi, etnik, dil, əqidə, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq inkişafının təmin edilməsi;
• Təhsilalanların və məzunların karyera inkişafı istiqamətində maraq və tələbatlarının nəzərə alınması;
• Təhsilalan və məzunların şəxsi və peşəkar inkişafına dəstək olunması;
• Təhsilalan və məzunların təcrübə proqramlarında iştirakına dəstək olunması
Karyera və Məzunlarla iş Mərkəzinin fəaliyyətinin əsas istiqaməti yerli və beynəlxalq şirkətlərlə, dövlət müəssisələri ilə əməkdaşlıq etməkdən ibarətdir. Eləcə də universitetə sənaye müəsissələrindən və uğurlu SDU məzunlarından nümayəndələrin dəvət edilməsi, tələbələrlə müxtəlif görüşlərin təşkil olunması istiqaməti Mərkəzin əsas fəaliyyətlərindən sayılır.
Karyera və Məzunlarla iş Mərkəzi təhsilalanların qısa və uzunmüddətli kurslara və təlim proqramlarına cəlb olunmasına, Karyeraya dair tədbirlərin keçirilməsinə, məzunların ixtisaslarına uyğun iş imkanlarının müəyyən edilməsinə və s. kimi məsələlərə dəstək göstərir.
Mərkəzin fəaliyyətini daha da genişləndirmək məqsədilə daima yenilənən “SDU_ Karyera və Məzunlarla iş Mərkəzi” adlı sosial platformalar mövcuddur. Məqsəd məzun və tələbələrin iş axtarışına dəstək olmaq, müxtəlif təlimlər barədə onlara məlumatları yönləndirmək, tələbələr üçün simulyasiya tipli müsahibələrin keçirilməsi barədə məlumatlar ötürməkdən ibarətdir.


"Tələbənin Karyera Yol Xəritəsi"

Xəbərlər

SDU-nun tələbələri Karyera və Psixologiya Mərkəzinin sertifikatlarına layiq görüldülər

Tələbələrimiz “Azərtexnolayn” istehsalat müəssisəsində təcrübə keçəcək

SDU ilə “Gilan Tekstil Parkı” MMC tələbələrə yeni imkanların yaradılması üçün birgə fəaliyyət göstərəcəklər

 

 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az