Sumqayıt Dövlət Universitetinin nəzdində
  Sumqayıt Dövlət Texniki Kolleci
  haqqında ümumi məlumat
Sumqayıt Dövlət  Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci Azərbaycan  Respublikasi Təhsil Nazirliyinin tabeliyində olan orta ixtisas təhsilli subbakalavr  mütəxəssislərinin  hazırlanmasını həyata keçirən  tədris müəssisisədir.
  Sumqayıt Dövlət Texniki  Kolleci 1959-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiya Texnikumunun  bazasında yaradılmışdır. Müəssisənin ilk adı Sumqayıt  Texnologiya Texnikumu, sonra Sumqayıt Kimya  Texnologiya Texnikumu olmuş, 1992–ci ildən   yenidən  Sumqayıt  Texnologiya   Texnikumu adlandırılmışdır.
  Azərbaycan  Respubikası  Nazirlər Kabinetinin  26 avqust 2002-ci il tarixli, 140 saylı  qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin  03 sentyabr 2002-ci il tarixli 878 sayli  əmri  ilə   Sumqayıt Texnologiya Texnikumunun adı dəyişdirilib Sumqayıt Dövlət  Texniki Kolleci adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03  fevral 2016-cı il tarixli, 30 nömrəli qərarının icrası barədə Azərbaycan  Respublikası Təhsil nazirinin 04.03.2016-cı il tarixli, 130 nömrəli əmrinə  əsasən Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin nəzdinə  verilmişdir.  
  Sumqayıt Dövlət Texniki  Kolleci 2005–ci ildə  Azərbaycan  Respublikası   Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, Ədliyyə Nazirliyində  1105-A1-420 saylı 27.05.2005-ci il tarixli şəhadətnamə ilə qeydiyyata alınmış  nizamnaməsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar  2011-ci il tarixli, 7 nömrəli qərari ilə  təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisənin numunəvi nizamnaməsi”nə uyğun  olaraq  fəaliyyət göstərir. 
  Kollec Sumqayıt şəhəri,  Heydər Əliyev prospekti 37 ünvanında yerləşir. Kollecin əsas tədris binası 3  mərtəbəli, köməkçi tədris binası 2 mərtəbəli binadan ibarətdir. Kollecin 3  mərtəbəli tələbə yataqxanası vardır. 
  Kollec layihəyə əsasən  kompleks təhsil müəssisədir. Kollecin kompleksinə 1 ədəd 3 mərtəbəli, 1 ədəd 2  mərtəbəli tədris binası, 1 ədəd 3 mərtəbəli tələbə yataqxanası, 1 ədəd mətbəx,  idman zalı, mini futbol meydançası, voleybol meydançası, 1 ədəd gözətçi otağı  daxildir.
  Sumqayıt Dövlət Texniki  Kollecində 2016-2017–ci tədris ilində 13 ixtisas üzrə əyani şöbədə 54 qrupda  1081 nəfər, qiyabi şöbədə 10 qrupda 168 nəfər olmaqla cəmi 1249 nəfər  tələbə,  o cümlədən dövlət hesabına 539  nəfər və ödənişli əsaslarla 710 nəfər tələbə təhsil alır.
  Kollecdə dərslər 2 növbəli  olmaqla  həftənin l-V  günləri,   1-ci növbə saat 800 –dan 1310 –dək, 2-ci növbə 1320-dan  1830-ə dək keçirilir. Kollecdə dərslər ümumillikdə 35 auditoriya, o  cümlədən 2 laboratoriya, 17 fənn kabinetində və idman zalında tədris olunur.
  Kollecdə istehsalat  təcrübələri bağlanmış müqavilələrə əsasən ARDNŞ “Azərkimya“ İstehsalat  Birliyinin Etilen Polietilen zavodu, AMEA Polimer Materialları İnstitutu,  Sumqayıt Sərnişin ASC, Sumqayıt şəhəri “Şimal” Regional Elektrikşəbəkə,  Sumqayıt Təhsil Şöbəsi, Sumqayıt şəhər “İnter Tekstil” ASC, ”Nursoft“ MMC  müəssisələrində keçirlir.     
  Kollecdə 54 nəfərdən  ibarət rəhbər və tədris-köməkçi heyət, 21 nəfərlik xidmətedici heyəti, 100  nəfəri ümumtəhsil və ixtisas fənn müəllimləri olmaqla cəmi 175 nəfərlik işçi  heyəti fəaliyyət göstərir.
                
             