Əsas səhifə | Kimya və biologiya
Kimya və biologiya
Kimya və biologiya fakültəsində professor-müəllim heyəti 81 nəfərdən ibarətdir. Onlardan 1-i AMEA-nın müxbir üzvü, 5-i elmlər doktoru, professor, 36 nəfəri k.e.n., dosent, 2 nəfəri k.ü.f.d., assistent, 4 nəfəri b.ü.f.d., assistent, 4 nəfəri b.ü.f.d., baş müəllim, 20 nəfəri baş müəllim,10-u assistent işləyir. 32 nəfər isə tədris köməkçi heyəti kimi fəaliyyət göstərir. Hazırda fakültədə 7 doktorant və 10 dissertant elmi işlə məşğul olur. 2014-cü ildən fakültənin dekanı tex.e.n., dosent Muradov Mahal Mail oğludur. Fakültədə tədris əyani və qiyabi formada aparılır. Fakültədə 969 nəfər: onlardan 897 nəfər bakalavr (870 nəfər əyani və 27 nəfər qiyabi) və 72 nəfər magistratura pilləsində təhsil alır. Fakültədə 5 kafedra və 3 elmi tədqiqat laboratoriyası fəaliyyət göstərir. Bakalavr pilləsində ixtisaslar: Kimya, Kimya mühəndisliyi, Neft-qaz mühəndisliyi, Biologiya müəllimliyi, Biologiya, Ekologiya mühəndisliyi, Kimya və biologiya müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi(qızlar üçün fiziki tərbiyə müəllimliyi, Azərbaycan və rus bölməsi).
Magistratura pilləsindəki ixtisaslar: Qeyri-üzvi kimya, Üzvi kimya, Fiziki kimya, Analitik kimya, Neft kimyası, YMB kimyası, Elektrokimya, Əsas üzvi sintezin kimyası və texnologiyası, Biologiyanın tədrisinin metodologiyası və metodikası, Kompozisiya materialları kimyası, Kimyanın tədrisinin metodologiyası və metodikası, Ətraf mühitin mühafizə metodları və təbii ehtiyatlardan səmərəli istifadə olunması, Mikrobiologiya, Genetika, Mikologiya, Polimerlərin kimyəvi texnologiyası.
Doktorantura (fəlsəfə doktoru üzrə) pilləsindəki ixtisaslar: Neft kimyası, Makromalekullar kimyası, Üzvi kimya, Kimya texnologiyası və mühəndisliyi.
Fakültənin əsas elmi-tədqiqat istiqamətləri: 2314.01-Neft kimyası – Alkilaromatik aminlərin və alınmış sadə efirlərin benzinlərin oktan ədədinə təsirinin öyrənilməsi və bəzi alkilfenolların dehidrogenləşmə reaksiyasının tədqiqi, 2304.01-Makromolekullar kimyası – 2-alkil əvəzli-4-metilen-1,3-dioksolanların kükürd qazı ilə birgə polimerləşməsi, 2306.01-Üzvi kimya - Karbo- və heterofunksional silisiumüzvi monomerlərin sintezi və xassələri, 3303.01-Kimya texnologiyası və mühəndisliyi - Təbii fosfatların intensivləşdirici komponentlərin iştirakı ilə mineral turşularda parçalanması prosesinin nəzəri və texnoloji əsasları, Tədrisdə kurikulumun əsaslarının tədqiqi və kimya təlimində tətbiqinin səmərəli yollarının öyrənilməsi, Sənaye komplekslərindən hidrosferə və litosferə atılan zərərli maddələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi və hesablanması, Təcrübələrin aparılması üçün ilkin müşahidə və analizlər, Hipoksiya,onun işıq və qaranlıq fazalarının orqanizmin fizioloji funksiyalarının tənziminə təsiri, Xarici mühit faktorlarının bitkilərinin morfo-fizioloji xüsusiyyətlərinə və biomüxtəlifliyinə təsiri, 2426.01-Ekologiya - Fövqəladə hallarda ekoloji şəraitin insan sağlamlığına təsiri
Kimya və biologiya fakultəsinin kafedraları və elmi-tədqiqat laboratoriyaları
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az