Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Tələbə gənclər təşkilatı
Tələbə gənclər təşkilatı
İstedadlı tələbələri üzə çıxarmaq və onların asudə vaxtlarının səmərəli təşkili üçün Tələbə Gənclər Təşkilatının fəaliyyətində müxtəlif klublar yaradılmışdır
 
Rəsm klubu - fəaliyyət sahəsi çərçivəsində universitet daxilində tələbə-gənclərin rəssamlıq potensialını aşkarlamaq, rəsm sərgiləri, müsabiqələrin təşkili, təlimlərin keçirilməsi təhsillə bərabər, tələbələrin rəssamlıq bacarıqlarının inkişafını təmin edir. Rəsm klubunun üzvləri incəsənətin sirlərini öyrənir və rəssamlıq sənətinə yüksək səviyyədə yiyələnirlər.
 
Qeyd edək ki, bu sahə üzrə hər cümə günü təlimlər təşkil olunur.
 
 
İntellektual oyunlar klubun - fəaliyyət sahəsi çərçivəsində universitet daxilində tələbə-gənclər arasında müxtəlif intellektual formatlar üzrə mütəmadi olaraq yarış və turnirlər təşkil edir. Fəaliyyət göstərdiyi müddətdə İntellektual oyunlar klubu özünəməxsus yerini tutmuş, istedadlı tələbələri öz ətrafında toplamaq və bir komanda şəklində daim irəliyə hərəkət etmək məqsədini rəhbər tutaraq, inkişaf etməkdə və öz əhatə dairəsini genişləndirməkdə davam etməkdədir. Eyni zamanda klub tələbələrin universitet xaricində də yarışlarda iştirakını təmin edir.
 
Kitab klubu - bədii ədəbiyyatla maraqlanan, kitab oxumağı sevən və asudə vaxtlarını səmərəli keçirən tələbələr üçün fəaliyyət göstərir. Klubun məqsədi kitabsevərləri bir araya toplamaq, onlar üçün yerli və xarici ədəbiyyat haqqında fikir mübadiləsi və müzakirə etmək imkanı yaratmaqdır. Klub fəaliyyətində yazıçı və qiraətçilərlə səmimi görüşlər təşkil edir. Mütəmadi olaraq həftə sonları səmimi görüşlər keçirilir və seçilmiş əsərlər üzrə müzakirələr aparılır.                                           
 
İdman klubu - tələbələrin idman bacarıqlarını inkişaf etdirmək, asudə vaxtlarını səmərəli təşkil etmək və idmanın müxtəlif növlərinə maraq yaratmaq məqsədilə fəaliyyət göstərir. Klubun fəaliyyət çərçivəsinə futbol, voleybol, basketbol, masaüstü tennis, şahmat, dama, qılıncoynatma, badminton və s. kimi idman növləri daxildir. İdman klubunun üzvləri daima öz nailiyyətləri ilə seçiliblər.
 
Psixologiya klubu - 2020-ci ilin mart ayında tələbələrin təklifi ilə Psixologiya klubu yaradılmışdır. Klubun məqsədi tələbə-gənclər arasında maarifləndirmə işləri aparmaqla onların Psixologiya elmi haqqinda biliklərini inkişaf etdirmək, müxtəlif psixoloji mövzuların müzakirəsi və s. daxildir. Eyni zamanda insan inkişafı, sosial davranış, şəxsiyyət, bədən dili və psixi-pozğunluqlar kimi mövzular haqqında dəyirmi masalar həyata keçirilir və mütəmadi olaraq bu proses davam edir.
Qeyd edək ki, klubun fəaliyyətinə Pedaqogika və psixologiya kafedrasının müəllim heyəti tərəfindən dəstək olunur.
 
Debat klubu - Hazırda 200-dən çox təhsil müəssisəsində Debat klubları fəaliyyət göstərir. Universitetimizdə 2019-cu ildən etibarən mütəmadi olaraq fəaliyyətdə olan Debat klubu universitetin tələbələri arasında debat fəlsəfəsini aşılamaqla debatçılıq qabiliyyətlərinin və debat vərdişlərinin inkişaf etdirilməsi, eləcə də natiqlik mədəniyyətinin daşıyıcılarının artırılmasında rol oynayır. Debat, ən azı, iki tərəfi olan qarşılıqlı müzakirədir. Debat vasitəsilə gənclərin inandırma, əsaslandırma, arqumentləşdirmə, araşdırma bacarıqları, natiqlik qabiliyyətləri inkişaf edir. Debatçılarımız Sumqayıt Dövlət Universitetini Respublika Gənclər Debat forumu, Bakı Gənclər Debat forumu və digər forumlarda layiqincə təmsil edir.
Debatın müxtəlif ölkələrdə keçirilən ümumilikdə 15-dən çox növü var.
Lakin Azərbaycanda ən çox istifadə olunan 2 növü mövcuddur:
1. Karl Popper
2. Parlament debatı
Unutmamaq lazımdır ki, debatda haqlı mövqe yox, inandırıcı mövqe var.
Qeyd edək ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi 23 ildir fəaliyyət göstərərək gənclərin maarifləndirilməsi, təşəbbüslərinin dəstəklənməsi və dövlət gənclər siyasətinə dəstək verilməsi istiqamətində minlərlə layihə, təlim, tədbirlər həyata keçirir. İctimai Birliyin aparıcı və ən kütləvi proqramlarından biri olan “Milli Debat Proqramı” debat metodologiyası vasitəsilə gənclərin və yeniyetmələrin fərdi inkişafına və maariflənməsinə yönələn ölkə səviyyəli proqramdır. Respublikanın 45 rayonu və böyük şəhərlərini əhatə etməklə, Bakı şəhəri və 13 regional nümayəndəliyi, 60-dan çox debat klubunu özündə birləşdirir. İndiyədək Milli Debat Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdə 50.000-dən artıq gənc iştirak etmiş və maariflənmişdir.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az