Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Tələbə evi
Tələbə evi
Sumqayıt Dövlət Universitetinin iki yataqxanası (tələbə evi) mövcuddur. Universitetin yataqxanalarında 1992-ci ildən etibarən məcburi köçkün ailələri məskunlaşmışdır. Qaçqın və məcburi köçkünlərin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətin gördüyü işlər çərçivəsində Sumqayıt şəhərində məcburi köçkünlər üçün yeni qəsəbə salınmış və universitetin 1 saylı tələbə yataqxanasında məskunlaşmış ailələrin yeni evlərə köçürülməsi təmin edilmişdir. Universitetin 1 saylı yataqxanası istifadəyə yararsız olduğu üçün yenidən əsaslı təmir olunmuşdur. 
SDU-nun 1 saylı yataqxanası 44-cü məhəllə, Ağa Quliyev küçəsində yerləşir. Yataqxana 5 mərtəbədən ibarətdir. Yataqxanada 100-ə yaxın otaq var. Hər mərtəbədə 2 duş otağı, 2 mətbəx və  2 çamaşırxana mövcuddur. Yataqxananın 1-ci mərtəbəsində kitabxana, yeməkxana, tibb, izolyasiya, çamaşırxana otaqları yerləşir. Həmçinin yataqxanada idman zalı, mini futbol meydançası, voleybol meydançası da mövcuddur.
Tələbələrin rahatçılığı üçün yüksək standartlara cavab verən otaqlar, keyfiyyətli internet təminatı, istilik təchizatı, tələbələrin öz asudə vaxtını səmərəli keçirməsi üçün bütün imkanlar yaradılmışdır. Yaxın zamanda yaşayış və məişət otaqları zəruri avadanlıqlarla təchiz olunacaq və 2022‒2023-cü tədris ilindən SDU-nun 1 saylı yataqxanası istifadəyə veriləcəkdir.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az