Əsas səhifə | Mühəndislik
Mühəndislik
Mühəndislik fakültəsinin əsası 1973-cü ildə Sumqayıt Ali Texniki Təhsil Məktəbində Energetika, istehsal prosesinin avtomatlaşdırılması, mexanika fakültəsinin yaranması ilə qoyulub. 1976-cı ildən fakültə Energetika, avtomatika və mexanika adlandırılıb. Sumqayıtdakı zavod və fabriklərdə kompüterlərin, digər hesablama texnikasının, yeni texnologiyaların yaranması ilə əlaqədar 1981-ci ildən Sumqayıt ATTM-də avtomatlaşdırma sahələri üzrə yeni ixtisaslara tələbə qəbuluna başlanılıb.
1992-ci ildə Avtomatika-mexanika fakültəsi adlandırılmışdır. Sumqayıt şəhərinin orta məktəblərində informatika və hesablama texnikasının əsasları fənninin tədrisində kadr çatışmazlığı nəzərə alınaraq, 1997-ci ildə yeni İnformatika kafedrası yaradılmış və orta məktəblər üçün müəllim kadrların hazırlığına başlanmışdır. 1997-ci ildə fakültədən daha yeni bir fakültə − Mexanika fakültəsi ayrılmış və Avtomatika fakültəsi adlandırılmışdır. Bu müddət ərzində ixtisasların sayı 7-yə çatmışdır.
2000-ci ildə Azərbaycan Sənaye İnstitutunun bazası əsasında Sumqayıt Dövlət Universiteti yarandıqdan sonra fakültənin adı dəyişdirilərək Kompüter texnikası və texnologiyaları fakültəsi, 2004-cü ildən isə Kompüter texnikası və informasiya texnologiyaları adlandırılmışdır.
2006-ci ildə Avtomatika və idarəetmə, İnformasiya və hesablama texnikası, Elektron texnikası, Tibbi-bioloji aparatlar və sistemlər, Standartlaşdırma və sertifikasiya və prespektivdə energetikayönümlü mühəndis ixtisaslarının bazasında universitetdə Mühəndislik fakültəsi yaradılmışdır. Hal-hazırda fakültəyə dosent Ulduz Xeyrulla oğlu Ağayev rəhbərlik edir.
Fakültədə 40 nəfərdən ibarət professor-müəllim heyəti, o cümlədən 5 nəfər tex.e.d., professor, 12 nəfər tex.e.n., dosent, 17 nəfər baş müəllim, 6 nəfər assistent çalışır.
Hazırda fakültədə elmlər doktoru proqramı üzrə 3 nəfər doktorant, 1 nəfər dissertant, fəlsəfə doktoru proqramı üzrə 9 nəfər doktorant və 8 dissertant, dissertasiya üzərində işləyir.
Fakültədə tədris əyani və qiyabi formada aparılır. 521 nəfər: onlardan 487 nəfər bakalavriat (432 nəfər əyani və 55 nəfər qiyabi) və 34 nəfər magistratura pilləsində təhsil alır.
Fakültədə 4 kafedra fəaliyyət göstərir:
- İnformasiya və kompüter texnikası
- İnformasiya texnologiyaları və proqramlaşdırma
- Proseslərin avtomatlaşdırılması
- Metrologiya və standartlaşdırma
İki ixtisasa Avropanın müstəqil akkreditasiya şirkətinin (ASİİN) beynəlxalq sertifikatı verilib:
1. Bakalavriat səviyyəsi üzrə
- Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası
2. Magistratura səviyyəsi üzrə
- Enerji menecmenti ixtisası
Bakalavr pilləsində ixtisaslar:
-Proseslərin avtomatlaşdırlması mühəndisliyi
-Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi
-İnformasiya texnologiyaları
- Kompüter mühəndisliyi
-Sənaye mühəndisliyi
-Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi
Magistratura səviyyəsindəki ixtisaslar:
-Kompüter mühəndisliyi
- İdarəetmədə informasiya sistemləri
- Texnoloji proseslərin və istehsalatların avtomatlaşdırılması
- Standartlaşdırma və sertifikatlaşdırma
- İdarəetmədə informasiya sistemləri (MBA proqramı üzrə)
Doktorantura səviyyəsindəki ixtisaslar:
3338.01 - Sistemli analiz, idarəetmə və informasiya sistemləri
3337.01 –İnformasiya-ölçmə və idarəetmə sistemləri
Fakültənin əsas elmi-tədqiqat istiqamətləri:
-İnformasiya sistemlərinin və elementlərinin tədqiqi və işlənməsi
-Avtomatlaşdırlmış layihələndirmə, konstruksiyaetmə, modelləşdirmə və idarəetmə alətlərinin nəzəri və praktiki məsələlərinin işlənməsi
-İstehsal proseslərinin avtomatlaşdırlmış idarəetmə sistemlərinin yaradılması
-İkifazalı mühit mexanikasının nəzəri əsasları və konstruksiya elementlərinin hesablanması.
Fakültədə müasir tələblərə cavab verən 8 tədris laboratoriyası fəaliyyət göstərir:
1.Kompüter texnologiyaları və proqramlaşdırma
2.İnformasiya texnologiyaları və sistemləri
3.Elektron çeviriciləri və ölçmələr
4.Avtomatlaşdırma və informasiya texnikası
5.Texniki vəsaitlər və texnoloji ölçmələr
6.Avtomatik tənzimləmə, rəqəmli idarəetmə və lokal sistemlər
7.Standartlaşdırma və ölçmə texnikası
8.Müəssisələrdə əməkdaşlığın inkişafı istiqamətində universitetlərarası innovasiya şəbəkəsinin yaradılması.
Videokonfrans zalı.
SDU-nun xarici ölkələrlə əlaqələrinin genişləndirilməsində bu fakültənin özünəməxsus yeri var. Təhsil Nazirliyinin dəstəyi ilə 2004-cü ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Texniki Universitetində və Mingəçevir Dövlət Universitetində Almaniyanın Köln Universiteti və Hollandiyanın Heerlen Ali Texniki Məktəbi ilə əməkdaşlıq əsasında Avropa standartlarına uyğunlaşdırılmış tədris planı üzrə Proseslərin avtomatlaşdırılması ixtisası üzrə bakalavr, 2007-ci ildən başlayaraq Tempus layihəsi çərçivəsində kimya sənayesi üçün Enerji Menecmenti ixtisası üzrə magistr hazırlığına başlanmışdır. Bu layihələr çərçivəsində fakültədə müasir texnika ilə təchiz olunmuş tədris laboratoriyaları yaradılıb istifadəyə verilmiş, bakalavriat və magistratura səviyyəsində tədris olunan fənlərin mühazirə konspektləri və laboratoriya işlərinin metodik vəsaitləri çap olunub kitabxana fonduna daxil edilmiş, 8 müəllim Almaniyada, Hollandiyada və Polşada tədris texnologiyalarını mənimsəmək üçün stajkeçmədə olmuşlar. TEMPUS layihəsi çərçivəsində görülmüş işlər nəticəsində əldə olunmuş nailiyyətlər fakültənin digər ixtisaslarında da tətbiq edilir.
2010-cu ildə Sumqayıt Dövlət Universiteti “Müəssisələrlə əməkdaşlığın inkişafı istiqamətində Universitetlərarası innovasiya şəbəkəsinin yaradılması” adlı TEMPUS layihəsinin qalibi olmuşdur.
Fakültənin əməkdaşları ERASMUS+,PETRA beynəlxalq layihələri çərçivəsində Almaniyanın Berlin Texniki Universitetində, Hollandiyanın Twente universitetində, Türkiyənin Gazi universitetində,İspaniyada ixtisasartırmada iştirak etmişlər.
Layihə çərçivəsində universitetlərarası innovasiya şəbəkəsi yaradılmış, videokonfrans zalı istifadəyə verilmişdir. Online rejimdə məsafədən videogörüntüləri qəbul etmək və ötürmək məqsədilə tələb olunan müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunmuş zal yüksək sürətli fıber optik internet şəbəkəsinə qoşulmuşdur. Videokonfrans zalında layihədə iştirak etmiş univetsitetlərlə: Rusiyanın Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universiteti, Tümen Dövlət Neft və Qaz Universiteti, Ufa Dövlət Neft Texnologiya Universiteti, Uxta Dövlət Texniki Universiteti; Ukraynanın Poltava Texniki Universiteti, İvanovo-Frankovsk Milli Texniki Universiteti; Belarusun Belarus Milli Texniki Universiteti, Polotsk Dövlət Universiteti; Böyük Britaniyanın Varvik Universiteti; Polşanın Krakov Universiteti; İsveçin Kral Texnologiya Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti innovasiya texnologiyalarının transferinə dair videokonfransların, distant mühazirələrin və s. aparılmasında istifadə edilir. Bunlardan başqa, videokonfrans zalından digər istiqamətlərdə də istifadə etmək nəzərdə tutulur: distant kursların təşkil edilməsi, qiyabi təhsil alan tələbələr üçün distant məsləhətlərin verilməsi, birgə online rejimdə elmi konfransların və seminarların aparılması və s.
Fakültədə “Yeni informasiya texnologiyaları və onların tətbiqi” adlı seminar fəaliyyət göstərir ki, burada namizədlik, doktorluq dissertasiya işləri, kafedraların və magistrantların elmi-tətqiqat işlərinin nəticələri müzakirə edilərək, müvafiq qərarlar qəbul olunur.
Fakültədə aşağıdakı tələbə təşkilatları fəaliyyət göstərir: Tələbə Elmi Cəmiyyəti, Tələbə Şurası, Tələbə Gənclər təşkilatı, Tələbə Azad Həmkarlar təşkilatı.
Mühəndislik fakultəsinin kafedraları və elmi-tədqiqat laboratoriyaları
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az