Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Tələbə-gənclər klubu
Tələbə-gənclər klubu
Tələbə-gənclər klubu Sumqayıt Dövlət Universitetində 2000-ci ildən fəaliyyət göstərir. 2015-ci ildən kluba Quliyeva Xalidə Pənah qızı rəhbərlik edir. Fəaliyyətə başladığı ilk gündən klubun əməkdaşları mədəni-kütləvi tədbirlərin, əlamətdar və tarixi günlərin, milli bayramların yüksək səviyyədə keçirilməsi üçün istedad və bacarıqlarını əsirgəmirlər. Məhz buna görədir ki, son bir neçə ildə klub və klubun bir sıra əməkdaşı fəxri fərmanlara layiq görülmüş, mükafatlar almışdır.
2016, 2017 və 2018-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkil etdiyi “Tələbə baharı” IX, X və XI Ümumrespublika Tələbə Yaradıcılıq Festivalında universitetin “Səma” rəqs ansamblı Milli rəqslər nominasiyası üzrə III yerə layiq görülmüşdür. 2018-ci ildə Təhsil Nazirliyi və Azad Həmkarlar İttifaqının təşkil etdyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Universititet tələbələrinin bədii özfəaliyyət kollektivlərinin baxış müsabiqəsində uğurla çıxış edərək, universitetin “Səma” rəqs ansamblı milli rəqs üzrə II yerə, 2019-cu ildə isə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş həmin müsabiqədə III yerə layiq görülmüşdür (Bədii rəhbər Gülnarə Abasovadır).
“Renessans” dram dərnəyinin əsas üzvləri fakültələrdə seçilən istedadlı tələbələrdən ibarətdir. Bu dərnək klub yarandığı vaxtdan – 2000-ci ildən fəaliyyət göstərir. Tələbə teatrı bir qayda olaraq Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinə müraciət edir, öz repertuarını daim zənginləşdirir. 2015-ci ildə M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri uğurla səhnələşdirilmişdir. Filologiya fakültəsinin nəğmə və musiqi müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrinin də iştirak etdiyi bu tamaşa rəğbətlə qarşılanmışdır.
“Tələbə” musiqi dərnəyi də 2000-ci ildən fəaliyyət göstərir. Bütün bayramların, əlamətdar günlərin musiqili hissəsini universitetin tələbə musiqiçiləri hazırlayır. SDU-nun ictimai həyatında, bayram tədbirlərində fəal iştirak edən tələbə musiqiçilər və rəqs qrupu dəfələrlə qocalar evində, əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün Saray qəsəbəsindəki 7 saylı internat evində, hərbi hissələrdə təmənnasız konsert proqramı ilə çıxış etmişlər.
Zaur Səfərovun rəhbərliyi altında çalışan xor kollektivi 2016-cı ildə Təhsil Nazirliyi və Azad Həmkarlar İttifaqının təşkil etdyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Universititet tələbələrinin bədii özfəaliyyət kollektivlərinin baxış müsabiqəsində uğurla çıxış edərək III yerə, 2019-cu ildə isə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş həmin müsabiqədə II yerə layiq görülmüşdür. Müsabiqədə bədii qiraət üzrə Rəmayə Mustafayeva II yerə, Aliyə Əlizadə III yerə layiq görüldü, bir qrup tələbəmiz isə fəal iştirakına görə diplomla təltif olunmuşdur. Zaur Səfərov həm də Sumqayıt Dövlət Universitetinin himninə (sözləri Əməkdar jurnalist Avtandil Ağbabanındır) musiqi bəstələmişdir.
2018-ci ildən özfəaliyyət dərnəyində yaradılmış Şən və Hazırcavablar Klubunun “Subaylar” komandası fəaliyyət göstərir. Klubun bədii rəhbəri Məcid Hüseynovun gərgin əməyi sayəsində komandamız Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə 2018-2019-cu tədris ilində ali təhsil müəsissələri arasında keçirilən Azərbaycan Regional Şən və Hazırcavablar Klubunun TV Liqasının 1/8 və 1/2 final mərhələsində müvəffəqiyyətlə çıxış edərək, diplomla təltif edilmiş və I yerə layiq görülmüşdür.
Onu da qeyd edək ki, bu il Azərbaycan xalqının çoxəsrlik ənənələrinə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunur. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar tarixli Sərəncamına əsasən 2019-cu il “Nəsimi ili” elan edilmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilməsi nəzərdə tutulmuş silsilə tədbirlərin tərkib hissəsi olan “Hüsnü-cəmal, əqli-kamal” adlı ali məktəblərarası bədii qiraət müsabiqəsində tələbəmiz Əliyar Rəfiyev III yerə çıxaraq, diplom və pul mükafatına layiq görülmüşdür.
Rəssamlıq və dekorativ sənətlər dərnəyi bir neçə ildir ki, fəaliyyət göstərir. Müxtəlif tədbirlərdə dərnək üzvlərinin rəssamlıq və dekorativ sənət nümunələri nümayiş etdirilir, maraqlı sərgilər təşkil olunur.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az