Elm və İnnovasiyalar üzrə prorektor
Məmmədov Ramazan Salam oğlu 01.07.1944-cü ildə Qax rayonunun Qum kəndində anadan olmuşdur. 1973-cü ildə M.F. Axundov adına APRDƏİ-ni (indiki BSU) Rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Lenin təqaüdçüsü olmuşdur.
1974-1977-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında təhsilini davam etdirmişdir.
1973-1991-ci illərdə BSU-da baş laborant, müəllim, baş müəllim, dosent, dekan müavini vəzifələrində işləmişdir.
1991-ci ildən 2014-cü ilədək Sumqayıt Dövlət Universitetində (SDU) dosent, professor, kafedra müdiri vəzifələrində çalışmışdır.
2014-cü il may ayının 8-dən SDU-da Elm və innovasiyalar üzrə prorektor vəzifəsinə təyin olunmuşdur.
Filologiya elmləri doktoru, professordur. Azərbaycan və rus dillərini müqayisəli tədqiq edir. 1978-ci ildə namizədlik, 2009-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Azərbaycan, rus, ingilis dillərində 150-dən artıq elmi, elmi-metodik və publisistik əsəri, o cümlədən 8 monoqrafiyası və dərs vəsaiti nəşr olunmuşdur.
Ailəlidir, 3 övladı, 5 nəvəsi vardır.
Əlavə məlumat:
1980-1984-cü illərdə SSRİ Ali və Orta ixtisas nazirliyinin ezamiyyəti ilə Əfqanıstan Respublikasında Kabil Universitetində dosent, kafedra müdiri, partiya təşkilatı katibi vəzifələrində işləmişdir. Əməyi yüksək qiymətləndirilmiş, dəfələrlə SSRİ-nin Əfqanıstan Respublikasındakı Səfirinin və universitet rəhbərliyinin fəxri fərmanları ilə təltif olunmuşdur.
25 ildən artıqdır ki, 1988-ci il 27-29 fevral hadisələrinin elmi-sosioloji tədqiqi ilə məşğuldur. Mövzuya həsr olunmuş silsilə məqalələri və 5 monoqrafiyası müxtəlif dillərdə nəşr olunmuş, respublikamızda və xarici ölkələrdə yayılmışdır.
Bakı Slavyan Universiteti nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələri üzrə D02.071 Dissertasiya şurasının üzvüdür.
Mükafatları:
«XX лет Победы в ВОВ 1941-1945 гг.» Yubiley medalı, 1965-ci ildə.
Əfqanıstan Demokratik Respublikasının “Eftexor” ordeni, 1984-cü ildə.
Qabaqcıl təhsil işçisi” Döş nişanı, 2012-ci ildə.
Əməkdar müəllim fəxri adının verilməsi, 2 noyabr 2017 ci ildə.