Filologiya
Filologiya fakültəsi 2000-ci ildə Tarix-filologiya şöbəsi kimi fəaliyyətə başlamış, 2001-ci ildə Tarix-filologiya fakültəsinə çevrilmiş, 2003-cü ilin may ayından müstəqil Filologiya fakültəsi kimi fəaliyyət göstərməyə başlamışdır.
Filologiya fakültəsində 105 nəfərdən ibarət professor-müəllim heyəti, o cümlədən 7 f.e.d., professor, 20 f.e.d., dosent, 40 baş müəllim, 38 müəllim çalışır. Hazırda fakültədə 16 nəfər elmlər doktoru proqramı, 16 nəfər fəlsəfə doktoru proqramı üzrə elmi işlə məşğul olur. 2014-cü ildən fakültənin dekanı dos. Həmzəyeva Sevinc Səyyad qızıdır.
Fakültədə tədris əyani və qiyabi formada aparılır. Fakültədə 1002 nəfər bakalavriat (900 əyani, 102 qiyabi) və 40 nəfər (əyani) magistratura pilləsində təhsil alır.
Bakalavriat pillə üzrə ixtisaslar:
-Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
-Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
-Psixologiya
-Məktəbəqədər təlim və tərbiyə
-İbtidai sinif müəllimliyi
-Xarici dil müəllimliyi (dillər üzrə)
-Təhsildə sosial-psixoloji xidmət
-Musiqi müəllimliyi (fortepiano, tar, kamança, qarmon, saz)
Magistratura pillə üzrə ixtisaslar:
-Azərbaycan dili
-Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası
-Azərbaycan dilçiliyi
-Dilşünaslıq (ingilis dili üzrə)
-Azərbaycan ədəbiyyatı
-Ədəbiyyatşünaslıq ( Avropa ölkələri ədəbiyyatı)
-Ədəbiyyatşünaslıq (Türk xalqları ədəbiyyatı)
-Ümumi psixologiya
-Məktəbəqədər təlim və tərbiyə
Doktorantura (fəlsəfə doktoru üzrə) pillə üzrə ixtisaslar:
-Azərbaycan dilçiliyi
-Azərbaycan ədəbiyyatı
-Dünya ədəbiyyatı
Fakültənin əsas elmi-tədqiqat istiqamətləri:
-Müasir Azərbaycan dilinin və ədəbiyyatının qaynaqları, təşəkkül və inkişaf qanunauyğunluqları;
-Azərbaycan dili və ədəbiyyatının öyrənilməsi istiqamətləri;
-Azərbaycan dilinin onomologiyası və nitq mədəniyyətinin inkişafı;
-Xarici dillərin (ingilis və alman) tədrisi problemləri, müqayisəli dilçilik, dünya ədəbiyyatı;
-Rus dilinin tədrisi məsələləri, müqayisəli tipoloji dilçilik, rus ədəbiyyatı.
Filologiya fakultəsinin kafedraları və elmi-tədqiqat laboratoriyaları