Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Riyaziyyat
Riyaziyyat
Fakültənin əsası 1973-cü ildə Energetika, istehsalat proseslərinin avtomatlaşdırılması və mexanika fakültəsinin yaranması ilə qoyulmuşdur.
1992-ci ildən Avtomatika və mexanika fakültəsi kimi fəaliyyət göstərmiş, Azərbaycan Sənaye İnstitutunun Elmi Şurasının qərarı ilə 1997-ci ildə Mexanika və avtomatika fakültəsinin bazası əsasında yeni Mexanika fakültəsi yaradılmışdır. 2002-ci ildə Mexanika fakültəsi Mexanika-riyaziyyat fakültəsinə, 2006-cı ildə isə fakültədə aparılan struktur dəyişiklikləri ilə əlaqədar olaraq, Mexanika-riyaziyyat fakültəsi Riyaziyyat fakültəsinə cevrilmişdir.
Hal-hazırda fakültənin dekanı ped.f.d. dosent Həsənova Xalidə Sidqəli qızıdır.
Fakültədə 5 professor, 16 dosent, 10 nəfər baş müəllim, 13 assistent, 5 böyük laborant, 2 laborant, 1 laboratoriya müdiri, 2 tütor və 1 nəfər operator çalışır.
Hazırda fəlsəfə doktoru proqramı üzrə 11 doktorant və 7 dissertant, elmlər doktoru proqramı üzrə 2 doktorant və 1 dissertant elmi iş üzərində çalışır.
Fakültədə tədris əyani formada aparılır. 657 nəfər tələbə bakalavriat, 41 nəfər isə 6 ixtisas üzrə magistratura pilləsində təhsil alır.
Fakültədə 4 kafedra fəaliyyət göstərir:
- Riyazi analiz və funksiyalar nəzəriyyəsi
- Diferensial tənliklər və optimallaşdırma
- İnformatika
- Riyaziyyat və onun tədrisi metodikası
Bakalavriat pilləsindəki ixtisaslar:
- Riyaziyyat
- Riyaziyyat müəllimliyi
- Riyaziyyat və informatika müəllimliyi
Magistratura pilləsindəki ixtisaslaşmalar:
- Riyazi analiz
- Hesablama riyaziyyatı
- Diferensial tənliklər
- Optimallaşdırma və optimal idarəetmə
- Riyaziyyatın tədrisi metodikası və metodologiyası.
- İnformatika.
Fakültənin əsas elmi-tədqiqat istiqamətləri:
- Riyazi analizin tətbiqi məsələləri
- Operatorların spektral nəzəriyyəsi və spektral analizin tərs məsələləri
- Modulyar dinamik sistemlərin modelləşdirmə, optimallaşdırma və sistem dinamikası məsələlərinin tədqiqi
- Toplanmış və paylanmış parametrli sistemlər üçün optimal idarəetmə məsələlərinin tədqiqi
- Müxtəlif özlü-elastik mühitlərdə termodinamik dalğaların yayılması məsələlərinin riyazi modelləşdirilməsi və onların araşdırılması
- Diskret sistemlərin modelləşdirilməsi və idarə olunması
- Riyaziyyatın tədrisi metodologiyası və metodikası
 
 
Riyaziyyat fakultəsinin kafedraları və elmi-tədqiqat laboratoriyaları
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az