Əsas səhifə | Mühəndislik | İnformasiya və kompüter texnikası
İnformasiya və kompüter texnikası
Sənaye elektrotexnikası, Robototexnika və avtomatlaşdırma vəsaitləri, Elektron cihazları və avtomatlaşdırma vasitələri adı ilə fəaliyyət göstərən kafedra 2005-ci ildə İnformasiya və kompüter texnikası kafedrası adlandırılıb.
İnformasiya və kompüter texnikası kafedrasına fizika-riyaziyyat elmləri namizədi, dosent Qadir Məmməd oğlu Mənsurov rəhbərlik edir.
Kafedrada 5 dosent, 6 baş müəllim çalışır. Köməkçi heyət laboratoriya müdirindən, 2 böyük laborantdan və 2 laborantdan ibarətdir.
İnformasiya və kompüter texnikası kafedrasının əməkdaşları:
1. Mənsurov Qadir Məmməd oğlu, kafedra müdiri, f.r.e.n., dosent
2. Xəlilov Sabir Ağakişi oğlu, tex.e.n., dosent
3. Namazov Anar Müseyib oğlu, tex.e.n., dosent
4. Məhəmmədli Hicran Məhəmməd qızı, tex.f.d., dosent
5. Hüseynova Afət Südef qızı, tex.f.d., dosent
6. Nağıyeva Südabə Firuddin qızı, baş müəllim
7. Məmmədova Radə Cahangir qızı, baş müəllim
8. Quliyev Rahib Yaşar oğlu, baş müəllim
9. Ağayeva Fəridə Şahbaz qızı, baş müəllim
10. Allahverdiyeva Könül Əsvər qızı, baş müəllim
11. Rəsulov Rasim Zahid oğlu, baş müəllim
12. Quliyeva Leyla İlham qızı, laboratoriya müdiri
13. Dövlətzadə Aynur Əhmədağa qızı, böyük laborant
14. Kamalova Günel Süleyman qızı, böyük laborant
15. Məhərrəmova Arzu Məhəmməd qızı, laborant
16. Qurbanova Rəqsanə Alim qızı, laborant
Kafedrada təhsilin bakalavriat, magistratura və doktorantura pillələri üzrə kadr hazırlığı aparılır:
Bakalavriat və magistratura səviyyələrində 050631−Kompüter mühəndisliyi ixtisası üzrə mütəxəssis hazırlığı aparılır.
Hal-hazırda kafedrada 3 dissertant dissertasiya mövzusu üzərində işləyir.
Bakalavriat pilləsi üzrə kafedrada tədris olunan fənlər:
1. Analoq elektronikası
2. Avtomatlaşdırma texnikası
3. Avtomatlaşdırma texnikasının əsasları
4. Avtomatlaşdırmanın əsasları
5. Elektrik ölçmələri
6. Elektronika
7. Elektronikanın əsasları
8. Kommunikasiya və bussistemin əsasları
9. Kompüter arxitekturası
10. Kompüter mühəndisliyinin əsasları
11. Kompüter sxematexnikası
12. Kompüter şəbəkələri
13. Kompüterlərin tətbiqi nəzəriyyəsinin əsasları
14. Kompüterlərin və şəbəkələrin periferiya qurğuları
15. Mikroprosessorlar
16. Ölçmə texnikasının əsasları
17. İnformasiya təhlükəsizliyi
18. Rəqəmsal sistemlər
19. Sensor sistemləri
20. Siqnalların analoq və rəqəmli emalı
21. Sistemlərin simulyasiyası
22. Texniki informatika
Magistratura pilləsi üzrə kafedrada tədris olunan fənlər:
1. İnformasiya texnikasının texniki vasitələri
2. İstifadəçi interfeysinin layihələndirilməsi
3. Kommunikasiya texnikasının əsasları
4. Kompüter mühəndisliyinin müasir problemləri
5. Kompüter mühəndisliyinin tarixi və metodologiyası
6. Kriptoqrafiya və şəbəkə təhlükəsizliyi
7. Modelləşdirmə və simulyasiya
8. Neyron şəbəkələri
9. Şəbəkə protokolları və informasiyanın ötürülməsi
10. Tədqiqat üsulları
Kafedrada iki tədris laboratoriyası və bir ixtisaslaşmış auditoriya fəaliyyət göstərir. Tədris laboratoriyaları kompüter texnikası, ölçmə texnikası, elektron texnikası, sensorlu sistemlər və avtomatlaşdırma texnikası üzrə müasir avadanlıqlarla təchiz olunub.
Tədrisdə informasiya və kommunikasiya texnikası sahəsindəki elm və texnikanın son nailiyyətlərindən (tətbiqi proqramlar paketləri, virtual cihazlar və s.) geniş istifadə olunur.
Kafedrada tədris olunan fənlərin tədris metodiki kompleksi (dərslik, dərs vəsaiti, metodik vəsait, laboratoriya işləri təlimatları və s.) və onların elektron variantı yaradılmışdır.
Kafedranın laboratoriyalarında qlobal internet şəbəkəsinə çıxışı olan lokal kompüter şəbəkəsi yaradılmışdır.
Kafedranın elmi fəaliyyətinin əsas istiqaməti 3337.01-İnformasiya-ölçmə və idarəetmə sistemləri ixtisası, elmi-tədqiqat işinin mövzusunu “Yeni informasiya texnologiyaları əsasında informasiya sistemlərinin və elementlərinin tədqiqi və işlənməsi” təşkil edir.
Yüksəkixtisaslı kadrların hazırlanmasında səmərəli elmi pedaqoji fəaliyyətlərinə görə kafedranın əməkdaşlarından dos.Xəlilov Sabir Ağakişi oğlu “Əməkdar müəllim” fəxri adı, dosent Hüseynova Afət Südef qızı - Qabaqcıl Təhsil işçisi döş nişanına layiq görülmüşlər.
Kafedra əməkdaşlarının nəşrləri:
1. Mansurov Q.M. Aktiv süzgəclər: Ötürmə funksiyalarının təhlili və elektrik sxemlərinin hesablanması. Dərs vəsaiti. Sumqayıt: SDU, 2002. 99s.
2. Mansurov Q.M. Siqnalların rəqəmli emalı: Dərs vəsaiti. Sumqayıt: SDU, 2010, 153 s.
3. Mənsurov Q.,Rüstəmov Q., Cəfərov S. Mühazirələr konspekti: Analoq və rəqəmsal siqnalların emalı. Tempus Projekt: 516678 Tempus-1-2011-1-DE-Tempus-CPCR. Bakı: Universal poliqraf, 2015. 120 s.
4. Mənsurov Q.M. Məntiqi dövrələrin modelləşdirilməsi, sintezi və simulyasiyası. Metodik vəsait. Sumqayıt: SDU və AMİ Sumqayıt filialı, 2013, 146 s.
5. Mənsurov Q.M.Mayılov R. Yolçuyev İ. Mühazirələr konspekti: Sensor sistemləri. Tempus Projekt: 516678 Tempus-1-2011-1-DE-Tempus-CPCR.Bakı:Universal poliqraf, 2015,111 s.
6. Kazımov N.M.,Xəlilov S.A., Namazov A.M. İnformasiya nəzəriyyəsi və kodlama. Dərs vəsaiti. Sumqayıt: Dərələyəz-M, 2010. 132 s.
7. Kazımov N.M.,Yusifov Ə.A., Məmmədova R.C. Analoq elektronikası. Dərs vəsaiti. Sumqayıt: Bilik poliqrafiya mərkəzi, 2012, 116s.
8. Kazımov N.M.,Yusifov Ə.A., Xəlilov S.A., Ağayev U.X. Sensor sistemlərinin əsasları. Dərs vəsaiti. Sumqayıt: Bilik Poliqrafiya Mərkəzi, 2011, 129s.
9. Kazımov N.M.,Xəlilov S.A.,Abdullayev Q.S., Namazov A.M., Bağırov Z.O. Metrologiyanın əsasları. Dərs vəsaiti. Sumqayıt: Bilik, 2013, 226s.
10. Kazımov N.M.,Xəlilov S.A., Namazov A.M., Nağıyeva S.F. Rəqəmsal sistemlər. Dərs vəsaiti. Sumqayıt: Bilik, 2012, 94s.
11. Mənsurov Q.M. Elektronikanın əsasları. Dərs vəsaiti. Sumqayıt: SDU-nun Redaksiya və nəşr işləri şöbəsi, 2019, 142 s.
12. Namazov A.M., Nağıyeva S.F. Texniki informatika . Dərs vəsaiti. Sumqayıt: SDU-nun Redaksiya və nəşr işləri şöbəsi, 2019, 118 s.
13. Məmmədova R.C., Ağayeva F.Ş. Ölçmə texnikasının əsasları fənnindən məsələlər (həlli ilə). Metodik vəsait. Sumqayıt: SDU-nun Redaksiya və və nəşr işləri şöbəsi, 2019, 88 s.
14. Ağayeva F.Ş., Rəsulov R.Z. Rəqəmsal sistemlər fənnindən laboratoriya praktikumu. Metodik vəsait. Sumqayıt: SDU-nun Redaksiya və və nəşr işləri şöbəsi, 2019, 107 s.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az