Əsas səhifə | Mühəndislik | Proseslərin avtomatlaşdırılması
Proseslərin avtomatlaşdırılması
Proseslərin avtomatlaşdırılması kafedrası 1981-ci ildən (İdarəetmənin avtomatlaşdırılması adı ilə yaradılmışdır) fəaliyyət göstərir. Həmin dövrdə kafedraya SSRİ Dövlət Mükafatı Laureatı, AMEA-nın müxbir üzvü, professor Rafiq Əziz oğlu Əliyev, 15.12.1987-ci il tarixindən isə professor Fazil Həzin oğlu Ələkbərli rəhbərlik etmişdir.
Hal-hazırda kafedra müdiri tex.e.d., prof. Məmmədov Cavanşir Firudin oğludur.
Hazırda kafedrada 3 nəfər professor, 2 nəfər dosent, 1 nəfər baş müəllim və 2 nəfər müəllim (asisstent) çalışır.
Kafedranın kadr potensialı aşağıdakı professor, müəllim və tədris-köməkçi heyətindən ibarətdir:
Tex.e.d., prof. Məmmədov C.F.
tex.e.d., prof. Ələkbərli F.H.
tex.e.d., prof. Nağıyev Ə.H.
tex.f.d., dos. Ağayev U.X.
tex.f.d., dos. Məmmədov V.G.
baş müəllim Salmanov M.S.
assistent Gəncəliyeva G.Q.
assistent Rəhimova M.R.
laboratoriya müdiri Həşimova H.M.
böyük laborant Quliyeva N.Ə.
böyük laborant Hacıyeva E.M.
laborant Vəliyeva M.Ə.
Kafedrada 3 dissertant, 5 doktorant və 1 magistrant elmi-tədqiqat işləri ilə məşğul olur.
Bakalavriat səviyyəsi üzrə tədris olunan fənlər:
1. Tənzimləmə texnikası
2. Texnoloji ölcmələr
3. Obyektlərin modelləşdirilməsi
4. Proseslərin analizi və identifikasiyası.
5. İdarəetmədə əməliyyatların tədqiqi
6. Sensor sistemləri
7.Mikroprosessorlu idarəetmə sistemləri
8. Sənaye avtomatlaşdırılması-1,2
9. Proqramlaşdırılan məntiqi kontroller
10. Rəqəmli idarəetmə sistemləri
11. İdarəetmə sistemlərinin layihələndirilməsinin avtomatlaşdırılması
12. Kimyəvi kibernetika
13. Avtomatik idarəetmənin əsasları
Magistratura səviyyəsi üzrə tədris olunan fənlər:
1. Proseslərin avtomatlaşdırılması mühəndisliyinin müasir problemləri
2. Proseslərin avtomatlaşdırılması mühəndisliyinin tarixi və metodologiyası
3. Tənzimləmə nəzəriyyəsinin xüsusi bölmələri
4. İdarəetmə obyektləri və sistemlərinin modelləşdirilməsi və identifikasiyası
5. Optimal idaretmənin müasir üsulları
6. Texnoloji proseslərin avtomatlaşdırılmasının müasir proqramlaşdırma üsulları.
7. İntellektual idarəetmə sistemləri
8. Avtomatlaşdırılmış sistemlərin sintezinin və layihələndirilməsinin müasir üsulları
9. Müasir idarəetmə nəzəriyyəsi
10. Tədqiqat üsulları
11. Avtomatlaşdırılmış sistemlərin metroloji təminatı və müasir texniki vasitələri
Proseslərin avtomatlaşdırılması kafedrasının elmi-tədqiqat və əyani tədris vəsaitləri ilə təchizatı:
Elmi-tədqiqat alətləri.
1. Kənd-təsərrüfatı bitkilərinin suya təlabatını təmin edən intellektual cihaz.
2.Texnoloji prosesin avtomatlaşdırılması üçün məsafədən idarə olunan sənaye robotu.
3. Maşınqayırma istehsalının avtomatlaşdırılması üçün kran-manipulyator.
4. Xilasedici robot (Arduinio prosessorunun əsasında).
5. Suyun səviyyəsinin və sərfinin nəzarəti üçün avtomatlaşdırılmış idarəetmə sistemi.
Tədris – təlim vasitələri.
Sənaye avtomatlaşdırılması, proqramlaşdırılan məntiqi kontroller, texnoloji ölçmələr, sensor sistemləri, tənzimləmə texnikası fənlərindən laboratoriya işlərinin yerinə yetirilməsi üçün müasir elektronika hissələri, notbuk, proqram vasitələri və müasir kompüterlərlə təchiz olunmuş 2 laboratoriya fəaliyyət göstərir.
Proseslərin avtomatlaşdırılması kafedrasının əlaqələri
Azərbaycan Respublikasının Ali Təhsi Müəssisələri, Elmin İnkişaf Fondu ilə, AMEA İnformasiya Texnologiyaları İnstitutu, AMEA İdarəetmə Sistemləri İnstitutu, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi ilə elmi əlaqələri müntəzəm olaraq davam etdirir. Həmçinin kafedra xarici ölkə universitetləri və nəşriyyatları ilə əməkdaşlıq edir. Almaniyanın Berlin Texniki Universiteti, Köln Texniki Universiteti, Hollandiyanın Twente Universiteti,Ufa Dövlət Aviasiya Texniki Universiteti, Sankt-Peterburq Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq əlaqələri yaradılmışdır.
2012-ci ildən Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri prof. Məmmədov C.F. ABŞ-ın İntell İSEF Beynəlxalq Elm Mühəndislik Forumunun təşkilatçılığı ilə Azərbaycanda keçirilən Sumqayıt şəhəri üzrə Sabahın alimləri müsabiqəsinə hazırlıq komitəsinin rəhbəridir.
Proseslərin avtomatlaşdırılması kafedrasının əməkdaşlarının təltifləri
prof. Nağıyev Ə.H. “Əməkdar müəllim” fəxri adı (2017),
dos. Ağayev U.X. “Tərəqqi” Medalı fəxri adı (2017),
prof. Məmmədov C.F. Qabaqcıl təhsil işçisi döş nişanı (2017)
prof. Ələkbərli F.H. Qabaqcıl təhsil işçisi döş nişanı (2012).

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az