Linqvistik Mərkəz
Sumqayıt Dövlət Universitetində müasir tələblərə uyğun olaraq, əməkdaşlara və tələbələrə elm, təhsil və sosial həyatda dil dəstəyinin, eləcə də ölkə daxilində və xaricdə fəal və səmərəli əməkdaşlığın təmin edilməsi məqsədilə Təhsil Nazirliyinin 13.07.2016-cı il tarixli, 02-11-4885/17 nömrəli məktubuna əsasən Linqvistik Mərkəz yaradılmışdır.
Linqvistik Mərkəzdə 6 əməkdaş işləyir:
1.Abdullayev A.N.– mərkəzin rəhbəri
2.Hüseynova G.M. – rus dili üzrə tərcüməçi-metodist
3.Əhmədova E.H.– Azərbaycan dili üzrə metodist
4.Qasımova Ş.N..– rus dili üzrə metodist
5.Müzəffərli Ş.F.– ingilis dili üzrə tərcüməçi-metodist
6.Həsənova Ü.E.– operator
Mərkəzin fəaliyyət istiqamətləri:
Müəllim,tədris–köməkçi heyət, magistrant, tələbələr üçün dilöyrətmə kursları (ödənişsiz əsaslarla):
– Azərbaycan dili
– ingilis dili
– rus dili
– alman dili
Universitetdə xarici dildə təhsil alacaq tələbələrin dil hazırlığı;
Universitet əməkdaşlarının elmi işlərinin xaricdə çap olunması üçün dil dəstəyinin təmin edilməsi;
Şifahi (sinxron) tərcümə.
Universitetin “Elmi xəbərlər” jurnalında çap olunması nəzərdə tutulan məqalələrin redaktəsi:
−sosial və humanitar elmlər bölməsi üzrə
−təbiət və texniki elmlər bölməsi üzrə