Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Beynəlxalq əlaqələr üzrə prorektor
Beynəlxalq əlaqələr üzrə prorektor
Atayev Qafar Nəriman oğlu 1960-cı ilin sentyabr ayının 3-də Salyan rayonunun Yenikənd kəndində anadan olmuşdur. 1977-ci ildə Yenikənd orta məktəbini bitirmişdir. 1977-1985-ci illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda (indiki Azərbaycan Texniki Univerisitetində) təhsil alaraq Elektron hesablama maşınları ixtisasını bitirmişdir.  1977-ci ildə çilingər kimi əmək fəaliyyətinə başlamışdır. 1978-1980-cı illərdə hərbi xidmətdə olmuşdur. 1980-2002-ci illərdə Bakı Dövlət Univerisetində (BDU), müxtəlif vəzifələrdə (texnik vəzifəsindən Kompüter Mərkəzinin rəhbəri vəzifəsinə qədər) çalışmışdır. 2002-2010-cu illərdə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində işləmişdir. 2010-2014-cü illərdə BDU-nun İnformasiya Texnologiyaları Mərkəzində şöbə müdiri vəzifəsində çalışmışdır. 2014-cü il yanvar ayının 16-da Sumqayıt Dövlət Universitetinin Qiyabi, distant və əlavə təhsil üzrə prorektoru vəzifəsinə təyin olunmuşdur. 2019-cu il iyun ayının 18-də Sumqayıt Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsinə təyin olundu. 2002-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adına, 2016-cı ildə isə dosent elmi adına layiq görülmüşdür. 30-dan çox elmi məqalənin, 2 dərs vəsaitinin və 3 tədris-metodik göstərişin müəllifidir. Müxtəlif beynəlxalq elmi seminar və konfranslarda iştirak etmiş və sertifikatlara layiq görülmüşdür. Q.N.Atayev hazırda dosent kimi elmi-pedoqoji fəaliyyətini davam etdirir, doktorluq dissertasiyası üzərində tədqiqat işləri aparır.
Ailəlidir, 3 övladı var. Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az