Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Energetikanın problemləri
Energetikanın problemləri
Elektrotexnika və energetika kafedrasının nəzdindəki Elektroenergetikanın problemləri elmitədqiqat laboratoriyası
1. Sumqayıt Dövlət Universitetinin Elektroenergetikanın problemləri elmi-tədqiqat laboratoriyası Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-tədqiqat laboratoriyasının yaradılması barədə 23.03.04-cü il tarixli, 220 saylı əmrinə əsasən yaradılıb.
Elektroenergetikanın problemləri elmi-tədqiqat laboratoriyasına 2004‒2009-cu illərdə AMEA-nın müxbir üzvü, akademik F.İ.Məmmədov, 2009‒2010-cu illərdə tex.e.n. S.V.Adıgözəlov, 2010‒2014-cü illərdə tex.e.n., dos. A.B.Əmrəliyev, 2015‒2016-cı illərdə tex.e.n., dos.Z.İ.Fərhadov rəhbərlik etmişlər. 2019-cu ildən hal-hazırkı günə qədər təqdimat ilə (elmi işçi) tex.f.d., dos.N.A.Abdulova rəhbərlik edir.
3. Laboratoriyanın əməkdaşları:
elmi işçi − dos.N.A.Abdulova
5. Laboratoriyanın elmi istiqamətləri:
3306.01‒ Elektrotexnika, elektrotexnika mühəndisliyi, 3306.01‒ Elektrotexnika (sahələr üzrə), 3337.01‒İnformasiya-ölçmə və idarəetmə sistemləri. 
6. Laboratoriyanın son illərdəki  əsas elmi nəşrləri:
(2015‒2017) Laboratoriya üzrə 15 məqalə, o cümlədən 7 məqalə xaricdə çap olunmuşdur.
(2017‒2022) Laboratoriya üzrə 19 məqalə və tezis, o cümlədən 9 (3 məqalə Scopus) məqalə xaricdə çap olunmuşdur.
 
Elektroenergetikanın problemləri elmi-tədqiqat laboratoriyasının
2017‒2022-ci illərdə gördüyü işlər
“Elektroenergetikanın Problemləri” elmi-tədqiqat laboratoriyasının 2017‒ 2020-ci il üçün iş planında nəzərdə tutulmuş “Vibrasiya amplitud sıxlıqölçənin tədqiqi və işlənməsi” mövzusu üzərində tədqiqat işi işlənib sona catdırılmışdır. Elektrotexnika və energetika kafedrasının nəzdində olan Elektroenergetikanın problemləri elmitədqiqat laboratoriyasının 2021‒ 2025-ci illər üçün iş planına daxil olan “Vibrasiyalı tezlik sıxlıqölçəninin tədqiqi və işlənməsi” mövzusunun I hissəsi ‒ “Suspenziyaların sıxlığının ölçmə üsulları və müqayisəli təhlili” işlənmişdir.
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az