Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ MƏLUMAT MƏKTUBU
 
Hörmətli həmkarlar!
Böyük məmnuniyyətlə Sizi 23–24 aprel 2020-ci il tarixlərində Sumqayıt Dövlət Universitetində keçiriləcək “Riyaziyyatın fundamental problemləri və intellektual texnologiyaların təhsildə tətbiqi” mövzusunda Respublika elmi konfransda iştirak etməyə dəvət edirik.
Nəzərinizə çatdırırıq ki, konfrans Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə keçirilir və Azərbaycan Respublikası Təhsil nazirinin 29.01.2020-ci il tarixli F-47 nömrəli əmri ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrində 2020-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans, simpozium və konqreslərin siyahısı”na daxil edilmişdir.
 
Konfransın bölmələri
1. Funksional analizin müasir problemləri
2. Diferensial tənliklər, optimallaşdırma və optimal idarəetmə məsələləri
3. Riyazi modelləşdirmə və dinamik sistemlərin tədqiqi
4. İntellektual sistemlərin modelləşdirilməsi və idarəedilməsi
5. Riyaziyyat və informatikanın tədrisinin aktual məsələləri
 
Konfrans materiallarının tərtibinə qoyulan tələblər
1.    Ölçüləri                                                              – A4, Times New Roman 12 pt,
     boş sahə                                                      – hər tərəfdən 2 sm,
     sətirarası interval                                         – 1,15 sm,
     abzas                                                           – 1, 25 sm
2. Formullar                                                          – Microsoft Equation
3. Tezisin və ya məqalənin adı                            – ortada, qalın şriftlə, baş hərflərlə
4. Müəllifin soyadı, adı, ata adı                            – ortadan, qalın şriftlə
5. İş yeri, şəhər, ölkə və e-mail ünvanı                – ortadan, kursivlə
6. Açar sözlər (5-7 söz) və xülasə (60-80 söz)    məqalənin yazıldığı dildən başqa iki dildə
7. Həcmi                                                                – 1-2 tam səhifəyədək
8. Ədəbiyyata istinadlar                                        – kvadrat mötərizədə
 
Bir müəllifdən yalnız bir tezis və ya bir məqalə qəbul edilir
Konfransın işçi dilləri Аzərbaycan, rus, ingilis
Konfransın materialları antiplagiat sistemində yoxlanıldıqdan sonra toplu şəklində çap olunur, sdu.edu.az saytında və eLibrary məlumat bazasında yerləşdirilir.
Materiallar fpm_ite_2020@mail.ru elektron poçtuna və ya elektron daşıyıcılarda və çap olunmuş formada 30 mart 2020‑ci il tarixinədək aşağıdakı ünvanda qəbul olunur:
AZ5008. Sumqayıt ş., 43-cü məhəllə, Bakı küçəsi 1, Sumqayıt Dövlət Universiteti (I tədris korpusu), Riyaziyyat fakültəsi (otaq __303__ ).
Əlaqələndirici şəxs dos. Vüsalə Babacanova      
Əlaqə telefonları:(+99418) 644 85 32, (+99451) 577 74 77
 
Təşkilat komitəsi
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az