Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | İnsan resursları şöbəsi
İnsan resursları şöbəsi
    İnsan resursları şöbəsi Sumqayıt Dövlət Universitetinin rektorunun 8 iyul 2025-ci il tarixli, 3-29-71/3-1-599/2025 nömrəli əmri ilə yaradılıb. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Əmək qanunvericiliyini, “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının Qanunlarını, Ali təhsil müəssisələrinin Əsasnaməsini, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əmr və sərəncamlarını, SDU-nun Nizamnaməsini, həmçinin SDU-nun rəhbərliyinin qərar və göstərişlərini, habelə şöbə Əsasnaməsini rəhbər tutur.
 
İnsan resursları şöbəsinin başlıca məqsədi Sumqayıt Dövlət Universitetində dayanıqlı, sadiq və motivasiyalı işçi qüvvəsi yaratmaq və eyni zamanda işçi dövriyyəsinə təsir edən amilləri nəzərə almaqla Universitetin aşağı işçi dövriyyə nisbətini qoruyub saxlamaq və işçilərin məmnuniyyətini və davamlılığını gücləndirmək kimi tədbirləri hədəfləyir. Universitetin uğurlu inkişafı və uğurlu fəaliyyəti nəticəsində nail olunan yüksək nəticələr bilavasitə onun işçi qüvvəsinin peşəkarlığı və iş keyfiyyəti ilə bağlıdır.
 
Şöbə aşağıdakı vəzifələri yerinə yetirir:
 
· Müəyyənləşdirilmiş işçi ehtiyaclarına uyğun olaraq əmək resursları bazarının araşdırılması və müvafiq kadrların cəlb edilməsi üzrə fəaliyyət;
· İşə qəbul üzrə müsabiqələrin təşkili, ilkin seçim və müsahibələrin keçirilməsinin təmin edilməsi;
· ISO 30405:2023 standartının və qəbul proseslərinin optimallaşdırılması üçün beynəlxalq səviyyədə qəbul olunmuş ən yaxşı təcrübələrin tətbiqi ilə daha səmərəli, ədalətli və yüksək keyfiyyətli işə qəbul proseslərinə nail olmaq; bu standartlar çərçivəsində işə qəbul proseslərini planlaşdırmaq və idarə etmək, həmçinin performans və uyğunluğun təmin edilməsi ilə işə qəbul proseslərinin effektivliyini artırmaq və işə qəbul olunan şəxslərin universitetə uyğunluğunu maksimum dərəcədə təmin etmək;
· İşə qəbul prosesinə dair sənədləşmələrin aparılması;
· İnsan kapitalının formalaşdırılması, işə qəbul üzrə proqram və layihələrin həyata keçirilməsi və icrası, performansın qiymətləndirilməsi, istedadların müəyyən edilməsi və işçilərin inkişafının təkmilləşdirilməsi, kadrlar və davranışla bağlı universitet siyasətinin həyata keçirilməsi, təlim və davamlı inkişaf imkanlarının təşkil edilməsi, işçilərin şikayətlərinə və intizam məsələlərinə baxılması, müsbət və fəal iş yeri mədəniyyətinin təbliği;
· Mərkəzin İnsan resursları siyasətinin işlənib hazırlanması və yenilənməsini təmin etmək;
· Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və Nazirliyin əmrlərinə müvafiq olaraq Universitetin nomenklaturasına aid olan vəzifə və peşələr üzrə işçilərin qəbulu və yerdəyişmələri üçün əmr və “İşçi” ilə “İşəgötürən” arasında fərdi qaydada bağlanan əmək müqaviləsini (ona dəyişikliklərin) hazırlanmasını, işdən azad edilmələrinin vaxtında rəsmiləşdirilməsini həyata keçirmək, bu məlumatların ƏMAS-a daxil etmək;
· İşçilərin əmək kitabçalarının qəbulu, doldurulması, işə qəbul olunan işçilər üçün (ilk dəfə əmək müqaviləsi bağlarkən) əmək kitabçasının açılması və onların qorunub saxlanmasını təmin etmək;
· İşçilərin şəxsi işlərini hazırlamaq və aparmaq, əmək fəaliyyəti ilə bağlı dəyişikliklər etmək; T-2 formalarının (şəxsi vərəqə) doldurulması və ehtiyac yarandığı halda yenisi ilə əvəz edilməsi;
· Kadrların sayı və keyfiyyət tərkibini, onların inkişaf və hərəkətini əks etdirən məlumat bazasını tərtib etmək və aparmaq;
· İdarənin işçilərinin məzuniyyət qrafikinin tərtibatı və işçilərin istifadə etdiyi məzuniyyətlərin siyahıya alınmasını, təsdiq edilmiş cədvələ müvafiq olaraq növbəti (əsas) və əlavə məzuniyyətlərin (təhsil (və yaradıcılıq), ödənişsiz, sosial) rəsmiləşdirilməsini təmin etmək;
· İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün əmrlər hazırlamaq;
· Universitet üzrə kadrların hərəkətinin təhlili üzrə aylıq, rüblük, yarımillik və illik hesabatları hazırlanması;
· Əmək stajını hesablamaq və işçi tərəfindən təqdim edilən xəstəlik vərəqələrində qeydiyyatını aparmaq;
· İşçilərə əmək fəaliyyəti barəsində arayışların və xasiyyətnamələrin verilməsi;
· Universitetin struktur bölmələrində əmək intizamının vəziyyətinə və işçilər tərəfindən daxili intizam qaydalarına riayət edilməsinə nəzarət etmək;
· Tabel uçotuna nəzarət etmək;
· Universitetdə kadr işinin mütəmadi təhlili və onun inkişafı üçün təkliflər hazırlamaq;
· Universitetin işçilərinin attestasiyasının aparılmasını təşkil etmək;
· Universitetə daxil olan mərkəzə aid vətəndaşların ərizə və şikayətlərini “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Pespublikasının Qanununa və “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a əsasən araşdırmaq, müraciətlə bağlı vətəndaşları qəbul etmək, nəticəsi barədə müraciət edənlərə cavab vermək;
· Universitetin arxivində saxlanılmalı olan sənədlərin müəyyən olunmuş qaydada arxivə təhvil verilməsini, digər sənədlərin isə istehsalat zərurəti ilə əlaqədar istifadə olunması üçün müəyyən olunmuş müddətdə şöbədə saxlanılmasını təmin etmə
İnsan resursları şöbəsinin işçi heyəti müdir, aparıcı mütəxəssis, mütəxəssis, operator və hüquqşünasdan ibarətdir. Şöbənin idarə edilməsi şöbə müdiri tərəfindən həyata keçirilir. Sumqayıt Dövlət Universitetinin rektorunun 9 iyul 2025-ci il tarixli, 3-29-71/3-1-602/2025 nömrəli əmrinə əsasən İnsan resursları şöbəsinin müdiri vəzifəsinə Könül Qorxmaz qızı Məhərrəmova təyin olunmuşdur. Könül Məhərrəmova 2003-2007-ci illərdə Azərbaycan Tibb Universitetində Əczaçılıq ixtisası üzrə bakalavriat təhsili, 2017-2019-cu illərdə Sumqayıt Dövlət Universitetində Mikrobiologiya ixtisası üzrə magist təhsili almışdır. Peşəkar karyerasına 2009-cu ildən başlamışdır. 2019-cu ildən Sumqayıt Dövlət Universitetində fəaliyyətini davam etdirmişdir. Fəaliyyəti dövründə ixtisası ilə bağlı bir sıra yerli və beynəlxalq əhəmiyyətli konfranslarda iştirak etmişdir. 7 elmi-tədqiqat işinin (məqalə və tezis) müəllifi və ya həmmüəllifidir.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994-018-64-2-15-06
E-Mail: info@sdu.edu.az