Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN

11-12 may 2021-ci il tarixlərində Sumqayıt Dövlət Universitetində magistrantların XXI Respublika elmi konfransı keçiriləcək.

Bölmələr

1. Fizika
2. Riyaziyyat
3. Mexanika
4. Elektroenergetika
5. Yeni informasiya texnologiyaları
6. Kimya və kimya-texnologiya
7. Biologiya
8. Ekologiya
9. Tarix
10. Coğrafiya
11. İqtisadiyyat
12. Dilçilik
13. Ədəbiyyatşünaslıq
14. Pedaqogika
15. Psixologiya
16. Metodika
17. Sənətşünaslıq
18. Azərbaycan multikulturalizmi
 
Konfransa təqdim edilən məruzə tezislərində problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələrinin tətbiq sahələrinə dair təklif verməlidir. Əsaslandırılmış mühüm ideyaları olan məruzə tezislərinə üstünlük verilir.
Təqdim edilən məruzə tezisləri plagiata yoxlanılır.
1. Məruzə tezislərinin tərtib olunma qaydaları:
Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman (Az. latın), 11pt ilə 1 intervalla A4 formatda yığılır;
• Boş yerlər: yuxarıdan və aşağıdan – 25 mm, soldan və sağdan 20 mm;
• Məruzənin adı – BAŞ HƏRFLƏRLƏ qalın şriftlə ortada (birinci sətr);
Müəllifin soyadı, adı, atasının adı – kursiv qalın şiriftlə ortada (ikinci sətr);
Ali məktəbin adı – kursiv, ortada (ücüncü sətr);
 E-mail ünvanı – kursiv, ortada (dördüncü sətr);
 Bölmənin adı – məruzə tezisinin mətninin sonunda, solda;
 Məruzə tezisinin mətni – 2 səhifəyə qədər, səhifələr nömrələnmir.
 
2. Məruzə tezisləri aşağıdakı sənədlərlə təqdim olunmalıdır:
 Elmi rəhbərin rəyi;
 Kafedranın protokolundan cıxarış;
 Müəllifin təhsil aldığı müəssisə rəhbərinin konfransın Təşkilat komitəsinin sədri rektor, prof. E.B. Hüseynova ünvanlanmış məktubu.
 
3. Bir müəllifdən 2-dən artıq məruzə tezisi qəbul edilmir.
 
4. Koronovirus infeksiyasının (COVİD-19) yayılma sürətini azaldılması məqsədiilə yuxarıda göstərilən konfrans materiallarını elektron variantda aşağıdakı e-ünvana 07.04.2021-ci il saat 17.00-dək təqdim olunmalıdır:
tel: 018 642-12-63; 018 642- 15-06 (1-19); 012 448-08-37 (1-19), saat 10.00-17.00
 
5. Tələbləri ödəməyən məruzə tezisləri Təşkilat komitəsi tərəfindən qəbul edilmir, rəy verilmir, geri qaytarılmır.
 
6. Qeydiyyat xərcləri – hər məruzə tezisi üçün 5 AZN.
 
7. Konfransın formatı: əyani və ya onlayın (əlavə olaraq məlumat veriləcək).
 
Konfransın açılışı 11 may 2021-ci il saat 1100-da SDU-nun akt zalında olacaqdır.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az