Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
M Ə L U M A T M Ə K T U B U
Hörmətli həmkarlar!
Sizi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.01.2021-ci il tarixli 1764 nömrəli razılıq məktubuna əsasən təsdiq olunmuş “Ali təhsil müəssisələrində 2021-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans, simpozium və konqreslərin siyahısı”na uyğun olaraq 16-17 dekabr 2021-ci il tarixlərində Sumqayıt Dövlət Universiteti və Yıldız Texniki Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək “İnformasiya cəmiyyətində iqtisadiyyatın davamlı inkişaf problemləri” mövzusunda Beynəlxalq elmi konfransda iştirak etməyə dəvət edirik.
 
Konfransın bölmələri:
 
1. İnformasiya cəmiyyəti: yeni çağırışlar və hədəflər
2. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi
3. İnformasiya biznesinin aktual problemləri
4. Mühasibat uçotu idarəetmənin informasiya bazası kimi
5. Covid-19 postpandemiya dövründə rəqəmsal texnologiyaların inkişaf meylləri
6. Elektron ticarətin sosial-iqtisadi aspektləri
7. Sahibkarlıq və çevik təşkilatlar
8. Qlobal risklər və təhdidlər: iqlim dəyişikliyi, miqrasiya
 
Konfransın işçi dilləri: azərbaycan, türk, rus, ingilis.
Konfransın formatı: əyani və ya onlayn – əlavə olaraq məlumat veriləcəkdir
 
Konfrans materiallarının tərtibinə qoyulan tələblər:
Kağızın ölçüsü                                                           – A4
Boş sahə                                                                    – hər tərəfdən 2 sm
Şrift                                                                             – Times New Roman
Düstur                                                                        – Microsoft Equation
Şrift ölçüsü                                                                 – 12 pt
Sətirarası interval                                                       – 1,15 sm
Abzas                                                                         – 1,25 sm
Məqalənin adı                                                            – ortadan, böyük hərflərlə, qalın şriftlə
Müəllifin adı, soyadı, atasının adı                              – ortadan, qalın şriflə
İş yeri, şəhər, ölkə                                                      – ortadan, kursivlə
E-poçt ünvanı                                                             – ortadan, kursivlə
Açar sözlər (5–7 söz)                                                 – azərbaycan, ingilis və rus dillərində
Xülasə (60–80 söz)                                                    – məqalənin yazıldığı dildən başqa iki dildə
Həcmi                                                                         – 5 səhifəyə qədər
Ədəbiyyata istinadlar                                                  – kvadrat mötərizədə
Ədəbiyyat siyahısı                                                      – əlifba sırası ilə
Konfransın materialları Plagiat.pl şirkətinə məxsus StrikePlagiarism.com antiplagiat sistemində yoxlanıldıqdan sonra “SDU.Konfrans materialları” toplusunda çap olunaraq, https://www.ssu-conferenceproceedings.edu.az, https://www.sdu.edu.az saytlarında və eLibrary.ru məlumat bazasında yerləşdiriləcəkdir (Beynəlxalq seriya nömrələri İSSN 2708-955X print, İSSN 2709-6033 on-line).
Materiallar 01 dekabr 2021-ci il tarixinədək sduiqtisadiyyat@gmail.com elektron poçtuna və ya əyani olaraq elektron daşıyıcılarda və çap olunmuş formada aşağıdakı ünvanda qəbul olunur: AZ5008, Sumqayıt şəhəri, 43-cü məhəllə, Bakı küçəsi 1, Sumqayıt Dövlət Universiteti (I tədris korpusu), İqtisadiyyat və idarəetmə fakültəsi, Biznesin təşkli və menecment kafedrası (otaq 403 ).
Bir müəllifdən yalnız bir məruzənin tezisi qəbul olunur.
Təşkilat komitəsi tezislərin konfransın proqramına daxil edilməsi hüququnu özündə saxlayır.
Qəbul olunmayan tezislər geri qaytarılmır.
 
Əlaqələndirici şəxs – dos. Qalib Hüseynov
Əlaqə telefonları:(+99418) 64215 06 (1-09), (+99450) 752 22 91
Təşkilat komitəsi
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az