Əsas səhifə | Filologiya | Pedaqogika və psixologiya kafedrası
Pedaqogika və psixologiya kafedrası
SDU-nun Elmi Şurasının 25.12.1997-ci il tarixli qərarına əsasən Pedaqogika və psixologiya kafedrası yaradılmışdır. 1997-ci ildən 2001-ci ilədək kafedraya fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Məmmədov Ceyhun Həsən oğlu rəhbərlik etmişdir. 2001-ci ilin dekabr ayından - 2017-ci ilin may ayına qədər kafedraya pedaqogika üzrə fəlsəfə doktoru, dosent Məmmədov Tariyel Məmməd oğlu başçılıq edirdi. 2017-ci ilin may ayından kafedraya pedaqogika üzrə fəlsəfə doktoru, dosent Məmmədova Aytəkin Telman qızı rəhbərlik edir.
Kafedrada 1 nəfər professor, 7 nəfər dosent, 9 nəfər baş müəllim (onlardan 4-ü fəlsəfə doktoru), 6 müəllim (onlardan 1-i fəlsəfə doktoru) çalışır.
Kafedra əməkdaşları (adları və vəzifələri)
1. Məmmədova Aytəkin Telman qızı, kafedra müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, 0,5 dosent
2. Hüseynzadə Rüfət Lətif oğlu, pedaqogika elmləri doktoru, 0,5 professor
3. Məmmədov Ceyhun Həsən oğlu, fəlsəfə elmləri doktoru, dosent
4. Salamova Kəmalə Bahazər qızı, psixologiya üzrə fəlsəfə doktoru, dosent
5. Hüseynov Şikar Əli oğlu, pedaqogika üzrə fəlsəfə doktoru, dosent
6. Mirzəyeva Sevər Sərvət qızı, psixologiya üzrə fəlsəfə doktoru, dosent
7. Kərimova Sevinc Arif qızı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent
8. İsmayılova Mehriban Cəlal qızı, psixologiya üzrə fəlsəfə doktoru, 0,5 dosent
9. Quliyeva Şahnaz Mustafa qızı, psixologiya üzrə fəlsəfə doktoru, dosent
10. Hacıyeva Ayna Şirzad qızı, psixologiya üzrə fəlsəfə doktoru, dosent
11. Hüseynova İradə Ağəli qızı, doktorant (psixologiya üzrə), b.m.
12. İsayeva Zabitə Mustafa qızı, dissertant (psixologiya üzrə), b.m.
13. Əliyeva Lalə Məmməd qızı, psixologiya üzrə fəlsəfə doktoru, b.m.
14. Rzayeva Sevinc Baxış qızı, dissertant (psixologiya üzrə), b.m.
15. Əyyubova Rima Hüseyn qızı, doktorant (psixologiya üzrə), b.m.
16. Adığözəlova Şəlalə Əli qızı, pedaqogika üzrə fəlsəfə doktoru, 0,5 b.m
17. Səmədov Teymur Qırımxan oğlu dissertant (pedaqogika üzrə), 0,5 b.m.
18. Məhərrəmova Elza Xanış qızı, pedaqogika üzrə fəlsəfə doktoru, müəllim
19. Qasımova Tahirə Əliş qızı, müəllim
20. Cəfərli Röya Həmid qızı, dissertant (pedaqogika üzrə), müəllim
21. Dadaşzadə Əhliman İbrahim oğlu, müəllim
22. Həbibullayeva Vəfa Məməş qızı, müəllim
23. Məmmədova Südabə Məmməd qızı, dissertant (pedaqogika üzrə), 0,5 müəllim
24. Paşayeva Səidə Vasif, doktorant ( pedaqogika üzrə), b.lab.
25. Məmmədova Yavər Kamal, kabinet müdiri
26. Məmmədrəfiyeva Afaq Soltanhəmid qızı − baş laborant
27. Kafedrada 7 nəfər dissertant, 3 nəfər doktorant, 3 nəfər elmlər doktoru proqramı üzrə elmi işlə məşğ
Tədris olunan fənlər
Bakalavr pilləsi üzrə fənlər:
1. Psixologiya
2. Uşaq psixologiyası
3. Yaş və pedaqoji psixologiya
4. Etnopsixologiya
5. Pedaqoji psixologiya
6. Ailə psixologiyası
7. Ünsiyyət psixologiyası
8. Psixolinqvistika
9. Psixologiyada riyazi metodlar
10. Ümumpsixoloji praktikum
11. Ümumi psixologiya
12. Eksperimental psixologiya
13. Psixologiya tarixi
14. Klinik psixologiya
15. İnkişaf və yaş psixologiyası
16. Sosial psixologiya
17. Hüquq psixologiyası
18. Müqayisəli psixologiya
19. Ünsiyyət və qarşılıqlı münasibətlər psixologiyası
20. Psixoloji xidmət
21. Siyasi psixologiya
22. Fərdiyyət və şəxsiyyətin psixologiyası
23. Emosiya və motivləşmə psixologiyası
24. Psixodiaqnostika və psixokonsultasiya
25. Menecmentin psixologiyası
26. Azərbaycanda psixoloji fikir və elmi psixologiya
27. Psixologiyanın əsasları
28. Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikum
29. Psixoanaliz
30. Psixopedaqogika
31. Fəaliyyət və ünsiyyət psixologiyası
32. Psixologiyanın tədrisi metodikası
33. Yaradıcılığın psixologiyası
34. Pedaqogika
35. Məktəbəqədər pedaqogika
36. İbtidai təhsilin pedaqogikası
37. Sosial pedaqogika
38. Azərbaycan məktəb və pedaqoji fikir tarixi
39. Məktəbyaşlı uşaq oyunları
40. Defektologiya və loqopediyanın əsasları
41. İnklüziv təhsil
42. Məktəb təliminə hazırlığın əsasları
43. Məktəbəqədər yaşlı uşaqların ailədə tərbiyəsi
44. Məktəbəqədər müəssisələrdə yeni təlim texnologiyaları
45. Pedaqoji ustalıq
46. Ailə pedaqogikası
47. Müqayisəli pedaqogika
48. Təhsilin idarə olunması
49. Психология (rus bölməsi)
50. Педагогика (rus bölməsi)
51. Основы дефектологии и логопедии (rus bölməsi)
52. Психология общения (rus bölməsi)
Magisrtatura pilləsi üzrə (bütün ixtisaslar):
1. Ali məktəb psixologiyası
2. Ali məktəb pedaqogikası
Magistratura pilləsi üzrə ( psixologiya ixtisası)
1. Şəxsiyyətin psixologiyası
2. Psixologiyada şüur və şüursuzluq problemi
3. Azərbaycanda psixoloji fikrin təşəkkülü və inkişaf etdirilməsi
4. Psixoloji eksperiment: nəzər və praktika
5. Psixologiya idrakın səviyyəsi və prosesləri
6. Psixologiyanın tədrisinin aktual problemləri
7. Təfəkkür psixologiyası: müasir vəziyyəti və inkişaf perspektivləri
8. Psixi proseslərin formalaşması və idarə olunması məsələləri
Magistratura pilləsi üzrə ( MTT ixtisası)
1. Məktəbəqədər təhsilin tarixi və metodologiyası
2. Məktəbəqədər yaşlı uşaqlarda təlim və tərbiyə işinin metodikası
3. Məktəbəqədər müəssisələrdə defektologiya və loqopediya
4. Məktəbəqədər kurikulum islahatı
Kafedranın ümumi elmi istiqamətləri. Pedaqogika və psixologiyanın mühüm istiqamətləri üzrə elmi-tədqiqat işləri aparılır. Əsas istiqamət - Müasir dövrdə şəxsiyyətin formalaşması və tərbiyəsinin konseptual problemləri.
Bundan başqa, kafedrada aşağıdakı mövzular üzrə elmi araşdırmalar aparılır:
1. Yeniyetmələrin deviant davranışında emosiyaların rolu
2. Şəxsiyyətin psixoloji mənzərəsi
3. İdarəetmənin psixoloji məsələləri
4. Azərbaycanda psixoloji fikir tarixində şəxsiyyət problemi
5. Psixoemosional halların tələbə şəxsiyyətinin formalaşmasına təsiri
6. Azərbayacan ailələrində gənc qızlara münasibət və onların ailə həyatının psixoloji əsasları
7. Problemli situasiyalarda tələbələrin koqnitiv fəaliyyətinin psixoloji xüsusiyyətləri
8. B.B.Komenskinin pedaqoji irsi və Azərbaycan pedaqogika elminin inki-şafına onun təsiri
9. Tələbələrdə mənəvi şüur və nümunəvi davranışın formalaşdırılması üzrə işin sistemi
10. Elmi yaradıcılığın psixoloji xüsusiyyətləri (alim-pedaqoqların fəaliyyətinin təhlili əsasında)
Kafedranın son illərdəki əsas elmi nəşrləri:
52 fənn üzrə sillabus, 5 monoqrafiya, 6 fənn proqramı, 6 dərs vəsaiti və 7 metodik vəsait nəşr olunmuşdur.
Kafedra əməkdaşlarının Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Təhsil İnstitutu, Lənkəran Dövlət Universiteti ilə əlaqələri vardır.
Təltifolunmalar:
1. Məmmədova Aytəkin Telman qızı – Qabaqcıl təhsil işçisi (2018)
2. Hüseynzadə Rüfət Lətif oğlu – Əməkdar müəllim (2009)
3. Məmmədov Ceyhun Həsən oğlu - pedaqoji fəaliyyətində qazandığı nailiyyətlərə görə fəxri fərman (2017)
4. Salamova Kamalə Bahazər qızı – pedaqoji fəaliyyətində qazandığı nailiyyətlərə görə fəxri fərman (2017, 2018)
5. Quliyeva Şahnaz Mustafa qızı – pedaqoji fəaliyyətində qazandığı nailiyyətlərə görə fəxri fərman (2017)
6. Kərimova Sevinc Arif qızı – pedaqoji fəaliyyətində qazandığı nailiyyətlərə görə fəxri fərman (2017)
7. Əyyubova Rima Hüseyn qızı - pedaqoji fəaliyyətində qazandığı nailiyyətlərə görə fəxri fərman (2017)
8. Hacıyeva Ayna Şirzad qızı - pedaqoji fəaliyyətində qazandığı nailiyyətlərə görə fəxri fərman (2018)
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az