Bərk cisim və yarımkeçiricilər fizikası
1976-cı ildə Ali riyaziyyat və fizika kafedrası əsasında Ali riyaziyyat və fizika kafedrası yaranmış və 1990-cı ilə kimi bu kafedraya prof.E.M. Qocayev rəhbərlik etdi. 1990-1996-cı illərdə kafedraya dos. E.H. Məmmədov, 1996-2001-ci illərdə isə prof. Məmmədəli Zərbəliyev rəhbərlik etmişdir.
Fizika kafedrasının bazasında 2002-ci ildə Ümumi fizika və Nəzəri fizika kafedraları, 2004-cü ildə isə bu kafedraların bazasında Bərk cisim elektronikası kafedrası və Yarımkeciricilər fizikası kafedraları yaradıldı. 2014-cü ildə Bərk cisim elektronikası kafedrasının adı dəyişdirilərək Bərk cisimlər fizikası kafedrası adlandırılmışdır. Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 30.03.2017-ci il tarixli qərarına əsasən hər iki kafedra birləşdirilrək Bərk cisim və yarımkeçiricilər fizikası kafedrası adlandırılmışdır. Struktur dəyişikliyinə kimi Bərk cisimlər fizikası kafedrasına dos.R.M.İsmayılov, Yarımkeçiricilər fizikası kafedrasına prof. Məmmədəli Zərbəliyev rəhbərlik etmişdir.
Hal-hazırda kafedraya prof. M.M. Zərbəliyev rəhbərlik edir. Kafedranın tərkibində 13 nəfərdən ibarət professor-müəllim heyəti, o cümlədən 2 nəfər fizika-riyaziyyat elmləri doktoru, professor, 7 nəfər fizika-riyaziyyat elmləri namizədi, dosent, 3 nəfər assistent, 6 nəfər tədris – köməkçi heyət çalışır.
1. F.r.e.d., prof. Zərbəliyev Məhəmmədəli Məzahir oğlu
2. F.r.e.d., prof. Nurullayev Yusif Quşu oğlu
3. F.r.e.n., dos. Məmmədov Eldar Həmzə oğlu
4. F.r.e.n., dos. İsmayılov Ramiz Məzahir oğlu
5. F.r.e.n., dos. Bayramov Coşqun Cümşüd oğlu
6. F.r.e.n., dos. Sərdarova Nailə Söhrab qızı
7. F.r.e.n., dos. Orucov Samir Kamal oğlu
8. F.f.d., dos. Əliquliyeva Xəyalə Vaqif qızı
9. F.f.d., dos. Quliyeva Gülnarə Hüseyn qızı
10. Ass. Ələsgərova Dürdanə Murtuza qızı
11. Ass. Quliyeva Kifayət Əjdər qızı
12. Ass. Qəribli Aysel Fizuli qızı
13. Lab.m. Ötərxanova Güllü Nizami qızı
14. B/lab. Xəlilova Rübabə Cavanşir qızı
15. B.lab. Abdulova İzzət Nəcməddin qızı
16. Lab. Həsənova Sevda Rauf qızı
17. Lab. Qurbanəliyeva Ülviyyə Qəhəd qızı
18. Prep. İbrahimova Afət Bayram qızı
Kafedrada Yarımkeçiricilər fizikası və Bərk cisim ixtisasları üzrə dissertant, doktorant və magistrlər hazırlanır. Kafedra əməkdaşlarının rəhbərliyi ilə 5 nəfər doktorant, 2 nəfər dissertant və 50 nəfərdən çox magistrant müvəffəqiyyətlə dissertasiya işlərini müdafiə etmişlər.
Yeni kafedranın qarşısında bakalavriat səviyyəsində fizika və fizika müəllimliyi ixtisasları, magistratura səviyyəsində isə yarımkeçiricilər fizikası, yarımkeçirici cihazlar və mikroelektronika, eləcə də atom və molekul fizikası ixtisaslaşmaları üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması məsələsi durur.
Bakalavr pilləsi üzrə tədris olunan fənlər
1. Atom fizikası
2. Nüvə fizikası
3. Bərk cisim fizikası
4. Fiziki elektronika
5. Kvant elektronikası
6. Optoelektronika
7. Bərk cisim elektronikası
8. Optika
9. Astronomiya
10. Astrofizika
11. Klassik mexanika
12. Elektrodinamika
13. Kvant mexanikası
14. Termodinamika və statistik fizika
15. Radiofizika
16. Maddə quruluşu
17. Təcrübi fizikanın tədqiqat metodları
18. Yarımkeçiricilər və dielektriklər fizikası
19. Nanohissəciklər fizikası
20. Yarımkçiricilərin elektron nəzəriyyəsi
21. Yarımkeçiricilərdə kinetik effektlər
22. Kvant fizikası
23. Optik və kvant elektronikası
24. Çoxelektronlu sistemlərin kvant nəzəriyyəsi
Magistratura pilləsi üzrə tədris olunan fənlər
1. Fizikanın müasir problemləri
2. Fizikanın tarixi və metodologiyası
3. Yarımkeçiricilərin elektron nəzəriyyəsi və kinetik hadisələr
4. Bərk cisim elektronikasının fiziki əsasları
5. Yarımkeçirici cihazlar
6. Mikroelektronika
7. Vakuum və plazma elektronikası
8. İYT-elektronikasının fiziki əsasları
9. Optik və kvant elektronikası
10. Elektron texnikasının material və elementləri
11. Tədqiqat üsulları
12. Bərk cisim elektronikası cihazlarının texnologiyası
13. Termoelektrik soyuducuları
14. İstilik texnikası və texniki termodinamika
15. Optoelektronikanın fiziki əsasları
16. Yarımkeçiricilərin elektron nəzəriyyəsi
17. Yarımkeçiricilərdə kinetik hadısələr
18. Yarımkeçirici materialların alınması və monokristalların yetişdirilməsi texnologiyaları
19. Yarımkeçiricilərdə qalvanomaqnit və termomaqnit hadisələri
20. Yükdaşıyıcıların statistikası və bərk cisimlərdə köçurmə hadısələrinin kvant nəzəriyyəsi
21. Yarımkeçiricilərin optik xassələrinə xarici amillərin təsiri
22. Kristaloqrafiyanın elementləri
23. Yarımkeçiricilərin istilik və elastiki xassələri
Əsas elmi istiqamətlər:
1.Nadir torpaq elementli mürəkkəb yarımkeçirici birləşmə və bərk məhlulların alınması, sintezi və monokristallarının yetişdirilmə texnologiyalarının işlənib-hazırlanması, fundamental və xarakteristik parametrlərinin təyini, onlarda yük və istilikdaşınma hadisələrinin, tenzometrik, optik, elektrooptik və s. xassələrinin, neqatron effektlərin tədqiqi və bu materialların tətbiq perspektivlərinin müəyyənləşdirilməsi
2. Mikroelektronikada tətbiq olunan y/k-ci birləşmələrinİN alınması, onların kontaktı, fiziki-kimyəvi xassələrinin tədqiqi və tətbiqləri.
3. Yüksək enerjilər fizikası. Zərrəciklərin hiper yüklərinin ixtiyari qiymətində kütlənin təyin edilməsi.
Əldə olunmuş mühüm elmi nəticələr:
1. TlIn1-xYbxTe2 (00,10) bərk məhlulları sintez edilmiş və onların monokristaları yetişdirilmişdir.
2. Müəyyən olunmuşdur ki, TlIn1-xYbxTe2 bərk məhlulları tədqiq olunan temperatur intervalında (80 güclü cırlaşmış deşik qazı halında deşik keçiriciliyə malikdir. T temperaturlarda məxsusi keçiricilik müşahidə olunur.
3. beta və alfa-nın temperatur asılılığının xarakteri tədqiq olunan materialda iki növ yükdaşıyıcıların mövcud olması ilə izah olunur.
4. x=0,05-dən başlayaraq TlInTe2-dən onun əsasında alınan bərk məhlullara keçdikcə -nin temperatur asılılığının güclü dəyişməsi yarımkeçiricidən darzolaqlı yarımkeçiriciyə keçidlə əlaqədar olması qənaətinə gəlinmişdir.
5. Yükdaşıyıcıların ion mərkəzlərindən, akustik və optik fononlardan, defektlərdən səpilməsini nəzərə almaqla təklif olunan bir (deşiklər) və iki (elektronlar və deşiklər) növ yükdaşıyıcılı yarımkeçirici modeli TlIn1-xYbxTe2 (0,05bərk məhlullarının elektrik və termoelektrik xassələrini yaxşı izah edir.
6. p-CdxHg1-xTe (0,27 £ x £ 0,30) monokristallarında 77 - 300 К temperatur oblastında elektrik keçiriciliyi və Holl effekti tədqiq olunmuşdur. Tədqiq olunan tərkiblər üçün s(Т) və Rx(Т) asılılıqlarından qadağan olunmuş zonanın eni Еg və aşqar səviyyələrin konsentrasiyası və aktivləşmə enerjisi Еа təyin olunmuşdur. Müəyyən edilmişdir ki, baxılan temperatur oblastında üstünlük təşkil edən səpilmə mexanizmi Kulon potensialından (ionlaşmış aşqarlardan və deşiklərdən) Kulon səpilməsi təşkil edir və temperaturun artması ilə yükdaşıyıcıların yürüklüyü artır.
7. Nanozərrəciklərin ölçüləri kiçildikcə qadağan olunmuş zolağın eni Eg=2,02 eV-dan Eg=2,18 eV-a qədər artır. Kvantölçülü effekt GaSe nanoquruluşunun ölçüləri D=10 nm-dən kiçik olduqca özünü daha kəskin büruzə verir. 200 - 300К temperatur intervalında GaSe nanohissəciyin elektrikkeçiriciliyinin temperatur asılılığı eksponensial xarakter daşıyır.
loq =f (1/T) asılılığının meylindən yükdaşıyıcıların aktivləşmə enerjisi hesablanmışdır, Еа= 0,32 eV.
8. Metal orqanik qaz faza epitaksiya üsulu ilə İnGaN/GaN çoxqat kvant çuxuruna malik LED təbəqələri yetişdirilmiş, onlarda mavi rəngli LED çipləri alınmışdır. Alınan LED çiplərinin elekrolüminessensiyasının tədqiqi nəticəsində (x=0.156:y=0.216) rəng koordinatları və dominant dalğa uzunluğu λd=451nm təyin edilmişdir.
Prof. M. M. Zərbəliyevin 2008-ci ildə nəşr etdirdiyi “Yarımkeçiricilər fizikası” kitabı respublikamızda ali məktəb tələbələri üçün müasir tələblərə cavab verən dərs vəsaitidir. Onun “Yarımkeçiricilərin elektrofiziki parametrlərinin təyini üsulları” monoqrafiyası, “Yarımkeçiricilər fizikasından praktikum” (E.H. Məmmədov və Ə.B. Nağıyev), “Tempus “proqramı üzrə təhsil alan tələbələr üçün “Fizika məsələləri” (Ə.B. Nağıyev və N.S. Sərdarova), “Astronomiyadan məsələlər və suallar” (M.M. Zərbəliyev, E.H. Məmmədov, T.Q. Cəfərov), “Təcrübi fizikanın tədqiqat üsulları” ( M.M. Zərbəliyev, E.H. Məmmədov, F.F. Əliyev) dərs vəsaitləri faydalı və gərəkli vəsaitlərdir. Kafedra əməkdaşları həmçinin Mikroelektronikada tətbiq oluna bilən yarımkeçirici birləşmələrin alınması, onların kontakt, fiziki-kimyəvi xassələrinin tədqiqi və tətbiqləri istiqamətində də elmi-tətqiqat işləri aparırlar. Kafedra üzrə 6 dərs vəsaiti, 4 metodik vəsait, 122 məqalə, 38 sillabus və 46 fənn proqramı nəşr olunmuşdur.
Kafedrada aparılan elmi-tədqiqat işləri çoxşaxəlidir. AMEA-nın Fizika İnstitutu, Fotoelektronika İnstitutu, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Texniki Universiteti, Belarus Respublikası Milli Elmlər Akademiyasının Elmi-Praktiki Mərkəzi Dövlət Birliyinin Maqnit materialları fizikası laboratoriyası, Özbəkistan Respublikasının Buxara Dövlət Tibb İnstitutunun Biofizika və tibdə informasiya texnologiyaları kafedrası ilə və digər elmi müəssisəsilərlə saxlanılan əlaqələrin və qarşılıqlı əməkdaşlığın əhatə dairəsi getdikcə genişlənir.
Kafedra əməkdaşlarından prof. M.M.Zərbəliyev 2012-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı, 2017-ci ildə “Qabaqcıl təhsil işçisi” döş nisanı ilə təltif olunmuş, 2022-ci ilin noyabr ayında Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərimə görə Respublika Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
Dos. R.M.İsmayılov “XXI əsrin gənc alimi” beynəlxalq diplomu, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Təhsil işçiləri Azad Həmkarlar İttifaqının Fəxri fərmanları ilə, dos. S.K. Orucov 2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı, 2019-cu ildə İntel İSEF-in diplomu, 2022-ci ildə Sumqayıt İcra Hakimiyətinin Fəxri fərmanı ilə, 2022-ci ildə dos. C.C. Bayramov və dos. N.S.Sərdarova Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı, dos. X.V.Əliquliyeva 2022-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunmuşlar.