Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor
Talıbov Natiq Həsən oğlu 1965-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuşdur. 1982-ci ildə orta məktəbi, 1992-ci ildə Sumqayıt Dövlət Universitetinin Avtomatika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1983-1985-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
1992-1996-cı illərdə Sumqayıt Dövlət Universitetinin İnformasiya və kompüter texnikası kafedrasında laborant, laboratoriya müdiri, 1996-cı ildən İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasında assistent, baş müəllim vəzifələrində işləmiş, 2004-cü ildən isə dosent vəzifəsində işləyir.
2003-cü ildə namizədlik dissertasiyası müdafiə etmiş, 2007-ci ildə isə dosent elmi adını almışdır. 1997-2014-cü illərdə Mühəndislik fakültəsində dekan müavini işləmiş və müxtəlif vaxtlarda dekan vəzifəsini icra etmişdir.
27.01.2014-cü ildən 07.05.2015-ci ilə qədər Doktorantura və magistratura şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
07.05.2015-ci ildə Sumqayıt Dövlət Universitetində Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsinə təyin edilmişdir.
110-dan çox elmi əsərin, o cümlədən 1 ixtiranın, 1 monoqrafiyanın, 8 metodik göstərişin və 3 dərs vəsaitinin müəllifidir.
2012-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanına, 2017-ci ildə isə “Tərəqqi” medalına layiq görülmüşdür.
Ailəlidir, 2 övladı var.
Yeni Azərbaycan Partiyasının üzvüdür.