Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | İqtisadiyyat və İdarəetmə | Biznesin təşkili və menecment
Biznesin təşkili və menecment
İki kafedranın bazasında yaradılıb formalaşan Biznesin təşkili və menecment kafedrası bu kafedraların yüksək elm və təhsil ənənələrini özündə birləşdirmişdir. Buna görə də hər iki kafedranın tarixinə qısaca da olsa, mütləq nəzər salmaq lazımdır.
Biznesin təşkili və idarə edilməsi kafedrası yarandığı gündən 1996-cı ilin avqust ayına kimi Sənayenin iqtisadiyyatı kafedrası adlanmışdır. Daha sonra İqtisadiyyat (1998), Mühəndis iqtisadiyyatı (1998), Müəssisələrin iqtisadiyyatı və təşkili (2002) adları altında fəaliyyət göstərmişdir. 2008-ci ildən 2017-ci ilin mart ayına kimi Biznesin təşkili və idarə edilməsi kafedrası adlandırılmışdır. Kafedranın ilk müdiri dos. A.H.Tağıyev olmuşdur. Sonrakı illərdə kafedraya dos. S.M.Mikayılova (1996-1998, 1999-2000), dos. H.İ.Həşimov (1998-1999), dos. T.Q.Cavadov (2000-2006) rəhbərlik etmişlər. AMEA-nın İqtisadiyyat İnstitutunun sabiq direktoru prof., AMEA-nın müxbir üzvü Ş.M.Muradov vaxtilə bu kafedrada işləmişdir. 2006-cı ildən isə kafedraya dosent Qalib Sirac oğlu Hüseynov rəhbərlik edir.
Menecment kafedrası isə 1999-cu ilin sentyabr ayında yaranmış, sahibkarlıq fəaliyyəti ilə bağlı fənlər tədris olunduğundan 2002-ci ildə kafedranın adı dəyişdirilərək, Sahibkarlıq və menecment, 2009-cu ildən isə Menecment kafedrası adlandırılmışdır. Kafedranın yaranmasının əsas səbəbi Menecment, Biznesin idarə edilməsi ixtisasları üzrə Sumqayıt Dövlət Universitetində kadr hazırlığı olmuşdur. Yarandığı tarixdən 2004-cü ilədək dosent Albert Həmid oğlu Tağıyev kafedraya rəhbərlik etmişdir. 2004-cü ildən kafedra müdiri vəzifəsində dosent Orucəliyeva Bəsti Əli qızı çalışmışdır. Kafedraya 2015-ci ildən 2017-ci ilədək i.f.d. Əhmədzadə Mehman İmamverdi oğlu rəhbərlik etmişdir.
Struktur dəyişiklikləri ilə əlaqədar olaraq SDU-nun Elmi Şurasının 29.03.2017-ci il tarixli qərarına əsasən Biznesin təşkili və idarə edilməsi kafedrası Menecment kafedrası ilə birləşdirilərək Biznesin təşkili və menecment kafedrası adlandırılmışdır. Hazırda kafedraya dosent Q.S.Hüseynov rəhbərlik edir.
Kafedrada 4 nəfər dosent, 2 nəfər 0,5 dosent, 7 nəfər baş müəllim (o cümlədən 1 nəfər iqtisad üzrə fəlsəfə doktoru), 1 nəfər müəllim, 2 nəfərdən ibarət köməkçi heyət fəaliyyət göstərir.
Hüseynov Qalib Sirac oğlu-kafedra müdiri
Əzizov Rüfət Eyvaz oğlu - dosent
Məmmədov İlqar Səməndər oğlu-dosent
Hüseynova Məlahət Soltan qızı- dosent
Əhmədova Təranə Mütəllim qızı- dosent
Hacıyeva Zülfiyyə Elman qızı- baş müəllim, i.f.d.
Qasımova Zülfiyyə Mirzə qızı-baş müəllim
Məmmədova Səxavət Tofiq qızı-baş müəllim
Məmmədova Səidə Rəhim qızı-baş müəllim
Əmirov İmran Balamirzə oğlu-baş müəllim
Mirzəbəyov Araz Əliosman oğlu- baş müəllim
Əliyeva Şöhrət İzzət qızı-baş müəllim
Tağıyeva Aidə Valeh qızı – müəllim
Şəfiyeva Təranə İsgəndər qızı - baş laborant
Məhərrəmova Süsən Rafiq qızı – baş laborant
Biznesin təşkili və menecment kafedrasında 3 nəfər doktorant, 6 magistrant və 1 nəfər elmlər doktoru proqramı üzrə elmi işlə məşğul olur.
Bakalavriat pilləsi üzrə
Ekonometrika
2. Menecment
3. Biznesin əsasları
4. Beynəlxalq biznes
5. Biznes etikası və sosial məsuliyyət
6. Biznesin təhlükəsizliyi
7. Müəssisənin iqtisadiyyatı
8. İqtisadi təhlil
9. Strateji planlaşdırma
10. Kommersiya fəaliyyətinin əsasları
11. Korporativ idarəetmə  
12. Layihələrin idarə edilməsi
13. İnsan resurslarının idarə edilməsi
14. Təşkilati davranış
15. Biznes strategiyası
16. Biznes analitikası və risklərin idarə edilməsi
17. Müasir idarəetmə yanaşmaları
18. Karyera planlaması
19. Sahibkarlığın əsasları və biznesə giriş
20. İşgüzar yazışmalar  
21. Turizm menecmenti
22. Menecment psixologiyası
24. Dövlət və bələdiyyə idarə etməsi
25. Strateji menecment
26. Menecmentin informasiya təminatı
27. İnnovasiya menecmenti
28. Antiböhran idarəetmə
29. Maliyyə menecmenti
30. İdarəetmə nəzəriyyələri
31. Yumşaq bacarıqlar (Soft skills)
32. Əməliyyatların idarə edilməsi
33. Keyfiyyətin idarə edilməsi
34. Sərt bacarıqlar (Hard skills)
35. Fəaliyyətin effektiv idarə edilməsi
36. Müasir idarəetmə yanaşmaları
37. Ətraf mühitin iqtisadiyyatı
38. Mühəndis iqisadiyyatı  
39. İstehsalın iqtisadiyyatı və menecment
40. Sənaye sahəsinin iqtisadiyyatı və menecment
Magistratura pilləsi üzrə:
41. Tədqiqat metodları 
42. Menecmentin müasir problemləri
43. Müasir strateji menecment
44. Kreativ və innovasiya menecmenti
45. Kadr menecmenti
46. İnnovasiya layihələrinin idarə olunması
47. Risk menecmenti
48. İnnovasiya proseslərinin idarə edilməsi
49. İnvestisiya proseslərinin idarə edilməsi
50. Müəssisədə risklərin idarə edilməsi
51. Menecment və liderlik
Kafedranın elmi istiqamətiləri: 5304.01 – İqtisadi fəaliyyət növləri
Kafedra üzrə son illər 1 monoqrafiya, 1 dərs vəsaiti, 5 kitab, 1 metodiki vəsait, 22 fənn proqramı, 138 məqalə, 205 tezis, o cümlədən 30 məqalə 41 tezis xaricdə çap olunmuşdur.
Hal-hazırda Biznesin təşkili və menecment kafedrası respublikamızın və bir sıra xarici ölkələrin ali məktəblərinin uyğun kafedraları, müxtəlif sənaye müəssisələri və firmaları ilə sıx əməkdaşlıq edir, bu əməkdaşlıq hər il genişlənir. Kafedra əməkdaşlarının Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, AMEA-nın İqtisadiyyat İnstitutu, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat institutu, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Kiyev Milli Texnologiya və Dizayn Universiteti, Ufa Dövlət Neft Texniki Universiteti, Yıldız Texniki Universiteti,
Kafedra müdiri dosent Q.S.Hüseynov Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 02 noyabr tarixli 3334 №-li Sərancamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az