Əsas səhifə | Kimya və biologiya | Biologiya və onun tədrisi metodikası
Biologiya və onun tədrisi metodikası
Biologiya və onun tədrisi metodikası kafedrası 2002-ci ilin iyulunda Təbiətşünaslıq kafedrası adı ilə fəaliyyətə başlamışdır. Kafedranın yaradılmasında əsas məqsəd universitetin bütün ixtisaslarında müasir təbiətşunaslığın konsepsiyaları fənnini tədris etməklə yanaşı, biologiya və coğrafiya istiqamətlərini yaratmaqdan ibarət olmuşdur. Kafedranın təşkilində prof. Ə.B.Məmmədov, dos.V.S.İsmayılov, dos.R.İ.Bəşirov fəal iştirak etmişlər.Kafedranın ilk rəhbəri isə dos.V.S.İsmayılov olmuşdur.2005-ci ildən kafedranın adı dəyişdirilmiş və Ümumi biologiya və təbiətşunaslığın əsasları adlandırılmışdır. 2007-ci ildə Ümumi biologiya və təbiətşünaslığın əsasları kafedrası Ümumi biologiya kafedrası adlandırılıb və onun bir hissəsi isə ayrılaraq, Eksperimental biologiya kafedrası adı altında fəaliyyət göstərmişdir. Ümumi biologiya kafedrasına dos.R.İ.Bəşirov, Eksperimental biologiya kafedrasına dos.Ə.H.Qədimov rəhbərlik etmişlər.2009-cu ildə Zoologiya və Kimya və biologiyanın tədrisi metodikası kafedralarının nəzdində Biologiya və coğrafiyanın tədrisi metodikası kafedrası yaradılmış və həmin kafedraya Arzu Yelmar oğlu Baxşalıyev rəhbərlik etmişdir. 2010-cu ildə Ümumi biologiya kafedrası Zoologiya, Eksperimental biologiya kafedrası isə Botanika kafedrası adlandırılmışdır. Zoologiya kafedrasına dos.N.R.Namazov, Botanika kafedrasına dos.A.Q.Qarayeva rəhbərlik etmişdir. 2013-cü ildə Zoologiya və Biologiya və coğrafiyanın tədrisi metodikası kafedraları birləşərək, Biologiyanın tədrisi və zoologiya kafedrası adlandırılmış və kafedraya Arzu Yelmar oğlu Baxşalıyev rəhbərlik etmişdir.2013-cü ildən isə Elmi Şuranın qərarı ilə kafedranın adı dəyişdirilərək Zoologiya və insan fiziologiyası kafedrası adlandırılmışdır. Elmi Şuranın 29.03.2017-ci il tarixli qərarına əsasən Zoologiya və insan fiziologiyası kafedrası ilə Botanika kafedraları birləşdirilərək, Biologiya və onun tədrisi metodikası kafedrası adlandırılmışdır. Hal-hazırda kafedraya Arzu Yelmar oğlu Baxşalıyev rəhbərlik edir.
Kafedrada 9 dosent, 7 baş müəllim, 4 assistent fəaliyyət göstərir.
1. Baxşalıyev Arzu Yelmar oğlu – kafedra müdiri, 05 ştat dosent
2. Qarayeva Amalya Qasım qızı – k.t.f.d., dosent
3. Həsənova Südabə Qəşəm qızı – b.f.d., dosent
4. Sultanova Natella Həsənxan qızı – b.f.d., dosent
5. Həsənov Xanəhməd Əbilhəsən oğlu – b.f.d., dosent
6. Hüseynov Rafiq Əzizağa oğlu – b.f.d., dosent
7. Məmmədova Hüsniyə Qara qızı – tex.f.d., dosent
8. Namazov Nizami Rza oğlu – b.f.d., 0.5 ştat dosent
9. Bunyatova Lalə Novruz qızı – b.f.d., dosent
10. İsayeva Kəmalə Kəmaləddin qızı – b.f.d., baş müəllim
11. Əlizadə Kəmalə Seyfəddin qızı – b.f.d., assistent
12. Yunusov Taleh Məmmədşah oğlu – b.f.d.,baş müəllim
13. Axundova Sevil Məhərrəm qızı – b.f.d., baş müəllim
14. Ağayeva Aysel Nuhbala qızı - baş müəllim
15. Həsənova Arzu Rəsul qızı- b.f.d., baş müəllim
16. Əliyev Fikrət Tofiq oğlu – baş müəllim
17. Qəhrəmanova Aidə Yarış qızı - b.f.d., baş müəllim
18. Ağayeva Zərbab Təvəkgül qızı – b.f.d., 0,5 ştat assistent
19. Məmmədova Mehriban Yusif qızı – 0,5 ştat assistant
20. Məmmədova Günay İsrafil qızı - b.f.d., 0,5 ştat assistent
21. Bağırova Çinarə Ziyafət qızı – laboratoriya müdiri
22. Bədirova Arzu İnşalla qızı – laborant
23. Həşimova Pərvin Mirdamət qızı- laborant
24. Əhmədova Aynur Barat qızı – laborant
25. Zeynalova Nigar Hamlet qızı – laborant
26. Hüseynova Zinyət Fərman qızı – preparator
Kafedrada 1 doktorant, 5 dissertant, 21 magistrant elmi işlə məşğul olur.
050505 Biologiya, 050110 Biologiya müəllimliyi, 050112 Kimya və biologiya müəllimliyi
Bakalavr pilləsi üzrə
1.İnsan anatomiyası
2.Sitologiya
3.Histologiya
4.Histologiya və fərdi inkişafın biologiyası
5.İnsan və heyvan fiziologiyası
6.Mərkəzi sinir sistemi
7.Biologiyanın tədrisi metodikası
8.Biologiyanın tədrisində müasir təlim metodları
9.Biologiyanın tədrisində əyani vasitələr
10.Tədrisdə kurikulumun əsasları
11.Biokimya
12.Biokimya və molekulyar biologiya
13.Molekulyar biologiya
14.Biofizika
15.Azərbaycanın fauna və florası
16.Zoologiya
17.Entomologiya
18.Virusologiya
19.Onurğalı heyvanların ekologiyası
20.Fiziologiya (yaş)
21.Mərkəzi sinir sisteminin anatomiyası və fiziologiyası
22.Pediatriya və gigiyenanın əsasları
23.Psixofiziologiya
24.Ali sinir fəaliyyətinin və sensor fəaliyyətin fiziologiyası
25.Botanika -1
26.Botanika-2
27.Botanika-3
28.Bitki fiziologiyası
29.Genetika və təkamül
30.Genetika və seleksiya
31.Enzimologiya
32.Fotosintez
33.Təkamül təlimi
34.Mikrobiologiya
35.İmmunologiya
36.Torpaqşünaslıq
37.Bitki ekologiyası
38.Mikologiya
39.Biotexnologiya
40.Bitki embriologiyası
41.Stressin fiziologiyası
Kafedrada 4 ixtisas üzrə magist hazırlanır
060505-Mikrobiologiya
1.Mikroorqanizmlərin genetikası
2. Mikrobioloji müayinə üsulları
3.Tibbi mikrobiologiya
4.Sənaye mikrobiologiyasının əsasları
5.Su mikrobiologiyası
6.Aktinomisetlərin biologiyası
7.Virusologiyanın əsasları
8.Maya göbələklərinin biologiyası
9.Mikroorqanizmlərin becərilmə üsulları
10. Biologiyanın müasir problemləri
11.Biologiyanın tarixi və metodologiyası
12. Böyük ixtisas təcrübəsi
060505-Genetika
1.Fərdi inkişafın genetikası
2.Molekulyar genetika
3.Ekoloji genetika
4.Bitki genetikası
5.Təkamülün genetikası
6.İmmun sisteminin genetikası
7.Gen mühəndisliyi
8. Biologiyanın müasir problemləri
9.Biologiyanın tarixi və metodologiyası
10. Böyük ixtisas təcrübəsi
11.Bitkilərin seleksiyası
12. Tətbiqi mutagenez
060505-Mikologiya
1.Göbələklərin müasir təsnifatı
2.Texniki mikologiya
3.Yırtıcı göbələklər
4.Qeyri-müəyyən göbələklər
5.Tətbiqi mikologiya
6.Tərəvəz bitki xəstəlikləri
7.Göbələklərin fiziologiyası
8.Fitopatologiya
9. Biologiyanın müasir problemləri
11.Biologiyanın tarixi və metodologiyası
12. Böyük ixtisas təcrübəsi
060109 – Biologiya müəllimliyi
1.Biologiyanın tədrisi metodikasının müasir problemləri
2.Biologiyanın tədrisi metodikasının tarixi və metodologiyası
3.Məktəb biologiya kursunun elmi-nəzəri əsasları
4.Bioloji anlayışların tədrisi metodikası
5.Biologiyanın öyrənilməsində sinifdənkənar və müstəqil iş
6.Biologiya fənlərinin tədrisi metodikası
7.Biologiyadan pedaqoji təcrübənin təşkili və keçirilməsi
8.Biologiyanın tədrisində yeni təlim metodları
9.Biologiyanın öyrədilməsində iqtisadi, ekoloji təhsil və tərbiyə
10.Biologiyanın tədrisində təbiət elmləri arasında əlaqənin rolu
11.Biologiya təhsilinin müasir vəziyyəti və inkişaf perspektivləri
12.Biologiyanın nəzəriyyəsi və qanunlarının öyrənilməsi
Kafedranın elmi istiqamətləri: 2411.01 – İnsan və heyvan fiziologiyası
Mövzu 1. Hipoksiya, onun işıq və qaranlıq fazalarının orqanizmin fizioloji funksiyalarının tənziminə təsiri
2430.01 – Mikologiya
Mövzu 2. Xarici mühit faktorlarının bitkilərin morfofizioloji xüsusiyyətlərinə və biomüxtəlifliyinə təsiri
Kafedra üzrə son 5 ildə 129 məqalə, 18 tezis, o cümlədən 8 məqalə xaricdə çap olunmuşdur.
41 sillabus, 1 monoqrafiya, 17 fənn proqramı, 9 dərs vəsaiti və 3 metodik vəsait nəşr olunmuşdur.
Biologiya və onun tədrisi metodikası kafedrası bir sıra xarici: Rusiya, Gürcüstan və digər ölkələrin tanınmış ali məktəb və elmi-tədqiqat institutları ilə elmi-pedaqoji əlaqə saxlayır, elmi əməkdaşlıq edir. Həmçinin respublikamızın ali məktəbləri və elmi-tədqiqat institutlarından olan AMEA-nın Fiziologiya İnstitutu, AMEA-nın Mikrobiologiya İnstitutu, Kənd təsərrüfat Nazirliyi Baytarlıq İnstitutu, AMEA-nın Dendrologiya İnstitutu, AMEA-nın Zoologiya İnstitutu, Bakı Dövlət Universiteti, Azərbayca Dövlət Pedaqoji Universitet, Tibb Universiteti, AMEA-nın Genetik Ehtiyatlar İnstitutu, AMEA-nın Botanika İnstitutu ilə elmi əlaqələr saxlayır.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az