Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Folklorşünaslıq
Folklorşünaslıq
1. Təhsil Nazirliyinin 09.08.01-ci il 891№li və SDU-nun rektorunun 14.08.01-ci il 265/06 saylı əmrinə əsasən Folklorşünaslıq elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir. ETL-in 2001‒2012-ci illərdə rəhbəri ped.e.n. Şamxəlil Məmmədov olmuşdur. 2014-cü ildən isə filologiya elmləri doktoru, prof. Aslan Bayramov laboratoriyaya rəhbərlik edir.
2. ETL-də 1 professor, 1elmi işçi, 1 kiçik elmi işçi və 2 baş laborant çalışır.
3. Professor Bayramov Aslan Əhmədxan oğlu ‒ ETL-in müdiri 
    Quluyeva Şeyda İsa qızı ‒ müəllim, elmi işçi, dissertant
    İsgəndərov Balakişi Atakişi oğlu ‒ müəllim, kiçik elmi işçi, dissertant
    Babayeva Aynurə Nizami qızı – baş laborant, doktorant
Rahtari Mahirə Famil qızı – baş laborant, dissertant
4. ETL-də 3 nəfər dissertant, 1 doktorant elmi işlə məşğul olur.
5. Folklorşünaslıq elmi-tədqiqat laboratoriyasının elmi istiqamətləri: 
1) Azərbaycan folklorundakı epik janrların poetikası
2) “Kitabi-Dədə Qorqud” bədii yaradıcılıqda əbədi və zəngin qaynaq kimi
3) Folklor örnəklərində işlənən onomastik vahidlər və onların üslubi imkanları
4) Aşıq yaradıcılığının bəzi problemləri
5) Mifoloji düşüncədə ağac, su, dağ, quş və at kultları
6)  Folklor motivlərinin yazılı ədəbiyyatda inikası
6. ETL-in son illərdəki əsas elmi nəşrləri:
1) Mahmud Kaşğarinin “Divanü-lüğat-it türk” əsəri, Ağbaba şivəsi və atalar sözləri
2) Azərbaycan folkloru örnəklərində dialekt və şivə sözləri (bayatı və atalar sözləri əsasında)
3) Qərbi Azərbaycan folklor mühitində yayılmış arxaik janrların “Kitabi-Dədə Qorqud”  dastanı ilə müqayisəsi
4) Ağbaba şivəsində atalar sözləri və deyimlər
5) Əmin Abidin folklorşünaslıq fəaliyyəti
6) Ədəbi diyarşünaslıq üzrə sinifdənxaric işlərin metodları, forma və növləri
7) Görkəmli insanların folklor haqqında fikirləri
8) Göyçə aşıq poeziyasında arxaik janrların inikası. Qarğışlar (II məqalə)
9) “Dədə Qorqud” dastanında işlənmiş bəzi məcazlar haqqında
10) Andların janr səciyyəsi
11) Azərbaycan folklorunda xalq oyunları
12) Ana kitabımız – “Dədə Qorqud”. Elmi konfransın materialları (2014)
13) Cənubi Azərbaycan folklor mühitində lirik janrların bəzi xüsusiyyətləri
14) Türk ellərində Dədə Qorqud müdriklik simvolu kimi
15) Azərbaycan dilindən erməni dilinə keçmiş etnoqrafik və onomastik leksik vahidlər.
16) Geyim və bəzək əşyaları adlarının bayatılarda əks olunması.
17) Azərbaycan onomastikası, Bakı: “AM (965)” MMC, 2015, 319 s. (Dərs vəsaiti)
18) Ozan-aşıq sənətində təsəvvüf
19) M.Kaşğarinin “Divan”ı və Ağbaba şivəsi
20) Mikayıl Müşfiqin yaradıcılığında folklor motivləri 
21) Ağbaba şivəsi sözlüyü, Sumqayıt: “AM (965)” MMC, 2014, 278 səh.
22) El şairi B. Xəlilzadənin “Ağbaba nəğmələri” kitabı (Bakı, 2017) çap edilmişdir.
23) Tarixi faciələrimiz: deportasiya, repressiya və soyqırımı. Bakı, “AM (965)” MMC, 2015, 416 s. 
24) Oğuz elinin söz çələngi: Ağbaba folkloru. Bakı, Zəka Print MMC, 2017, 568 səh.
25)AXC ‒ 100. Milli istiqlalımızın tərənnümçüsü – Əhməd Cavad
26) Mustafa Çəmənli yaradıcılığında folklor motivləri 
27) Yazılı ədəbiyyatda uşaq nağılları 
28) Azərbaycan tapmacalarının mənşəyi 
29) Ağılarda ölümə qarşı etiraz
30) Məmməd Aslan poeziyasına xalq yaradıcılığı ənənələrinin təsiri 
31) Pir Sultan yaradıcılığında təsəvvüf
32) Aşıq Ələsgər və Qaracaoğlan 
33) Mofoloji düşüncədə kultlar və s.
Elmi-tədqiqat laboratoriyası üzrə folklorşünaslığın müxtəlif istiqamətləri üzrə laboratoriya əməkdaşlarının 6 kitab (4-ü dərs vəsaiti),  70-dən çox məqalə və elmi konfrans materialı,  1 monoqrafiyası çap olunmuşdur.
1. Ş.İ.Quliyeva “Aşıq yaradıcılığında milli-mənəvi dəyərlər” SDU, 2006, 110 s. 
2. El şairi Məmməd Salehin “Ömür vəfa qılsa” şeirlər kitabının nəşri (Ön sözün müəllifi, tərtibatçısı və redaktoru: Ş.İ.Quliyeva)
3. A.Ə.Bayramov. Oğuz elinin söz çələngi: Ağbaba folkloru. Bakı: Zəka Print, 2017, 566 s.
4. A.Ə.Bayramov. Azərbaycan onomastikası (dərs vəsaiti). Bakı: AM-965, 2015, 317 s.
5. Ana kitabımız Dədə Qorqud. Məqalələr toplusu. SDU, 2015 (Ön sözün müəllifi və tərtibatçısı A.Ə.Bayramov)
6. El şairi Bəxtiyar Xəlilzadənin “Ağbaba nəğmələri” şeirlər kitabı. Bakı: Zəka Print, 2017, 122 s. (tərtibatçısı və redaktoru A.Ə.Bayramov)
7. A.Ə.Bayramov, A.A.Bayramova. Ağbaba şivəsi sözlüyü. Sumqayıt, AM965, 2014, 280 s.
7. ETL əməkdaşlarının AMEA-nın Ədəbiyyat İnstitutu, Dilçilik İnstitutu və Folklor İnstitutu, ADPU-nun Filologiya fakültəsi və Folklorşünaslıq laboratoriyası, BDU-nun Filologiya fakültəsi və Azərbaycan Folkloru kafedrası, Axundov adına Dövlət Kitabxanası ilə əlaqələri vardır.
8. Folklorşünaslıq elmi-tədqiqat laboratoriyasında vaxtaşırı elmi seminarlar və yubiley tədbirləri keçirilmiş və mətbuatda bu barədə məlumatlar da verilmişdir: 
“Azərbaycan şifahi xalq yaradıcılığının tədqiqi, təbliği və tədrisi” mövzusunda Respublika elmi konfransı
M.Təhmasib folklorşünas alim kimi (2011)
 “Kitabi-Dədə Qorqud”un alman dilinə tərcümə edilməsinin 200 illiyi haqqında elmi-nəzəri konfrans (2015)
S.Mümtazın anadan olmasının 135 illiyi ilə bağlı “Ədəbiyyat fədaisi” adlı dəyirmi masa (2019)
Aşıq Ələsgərin 200 illiyi ilə bağlı yubiley tədbiri (2021)
9. Yuxarıda göstərilənlərlə yanaşı, filologiya fakültəsində oxuyan tələbələrin iştirakı ilə folklor örnəkləri toplanaraq dəfələrlə universitet qəzetində dərc edilmişdir. TEC-in xətti ilə də tələbələrin elmi məqalələri dərc olunmuşdur. 
10. Prof. Bayramov Aslan Əhmədxan oğlu 1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Anadan olmasının 60 iliyi münasibətilə 20 mart 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirinin 11/23 saylı əmri ilə “Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi” döş nişanı, 2011-ci ildə İrəvan xanlığının tarixi və mədəniyyəti sahəsindəki araşdırmalarına görə Azərbaycan Respublikası Beynəlxalq Diaspor Mərkəzinin Fəxri diplomu, SDU-nun 50 illik yubileyi ilə əlaqədar olaraq 16.XI.2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı, anadan olmasının 75 illiyi ilə əlaqədar olaraq SDU-nun rektorunun fəxri fərmanı ilə təltif olunmuşdur.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az