Əsas səhifə | Xəbərlər | Elmi məqalələrin növbəti müzakirəsi təşkil olundu
Elmi məqalələrin növbəti müzakirəsi təşkil olundu

Xarici dillər kafedrasında artıq ənənəyə çevrilmiş məqalələrin çapdan əvvəlki təqdimatının növbəti iclası olmuşdur.
Mayın 21-də kafedranın müəllimi Xəyalə Qəmbərovanın “İngilis dilində reduplikasiya və onun növləri” mövzusunda məqaləsinin təqdimatı və müzakirəsi keçirildi.
Məruzəsində Xəyalə Qəmbərova dilçilikdə çox az işlənmiş bir mövzu olan reduplikasiya, yəni sözün kökünün tam və ya kiçik dəyişikliklərlə təkrarlanması haqqında məlumat verdi, fonetik və morfoloji yollarla düzələn növlərindən bəhs etdi. Məruzəçi əsasən kommunikativ dilin məhsulu olan reduplikativ birləşmələrə rəngarəng nümunələr göstərdi və bu nümunələri Azərbaycan dilində olan ekvivalentləri ilə müqayisə etdi (məs. “chit-chat” – qeybət  “kağız-kuğuz”).
Təqdimatda iştirak edən universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov, Filologiya fakültəsinin dekanı, dosent Sevinc Həmzəyeva, Rus dili kafedrasının müdiri, dosent Sona Məmmədova, Xarici dillər kafedrasının müdiri, professor Nigar İsgəndərova və kafedranın əməkdaşları məruzəçiyə məqalənin mövzusu ilə bağlı suallar verdilər.
Reduplikasiya dilçilikdə çox az işlənmiş mövzu olduğu üçün və nümunələrinin əksəriyyətini uşaq sözləri, slənq və jarqonlar təşkil etdiyi üçün mövzu iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Maraqlı diskussiyalardan sonra məruzəçiyə bəzi təkliflər verildi və uğurlar arzulandı. 

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az