Əsas səhifə | Fizika və Elektroenergetika
Fizika və Elektroenergetika
Fizika və elektroenergetika fakültəsi 1974-cü ildə yaradılmış Energetika, istehsalat proseslərinin avtomatlaşdırılması və mexanika fakültəsinin bazasında yaranıb. 2000-ci ildən Fizika və elektroenergetika fakültəsi kimi fəaliyyət göstərir. Fakültənin məzunlarının Sumqayıtın sənaye müəssisələrinin yeni texnologiyalarla təchiz edərək inkişafında müstəsna rolları olmuşdur. 2014-cü ildən fakültəyə tex.e.n., dosent Tamella Əhməd qızı Əhmədova rəhbərlik edir.
Fakültədə 3 elmlər doktoru, professor, 31 elmlər namizədi, dosent, 7 nəfər baş müəllim, 10 nəfər assistent və 29 nəfər tədris-köməkçi heyəti çalışır.
Fakütədə tədris əyani və qiyabi formada aparılır. Hazırda fakültədə 4 doktorant və 3 dissertant ,2nəfər elmlər doktoru proqramı üzrə doktorant elmi işlə məşğul olur.Fakültədə tədris əyani və qiyabi formada aparılır. Fakültədə 902 nəfər: onlardan 763 nəfər bakalavr (726 nəfər əyani və 37 nəfər qiyabi,72 nəfər kontingentdə qalan) və 29 nəfər magistratura (29 nəfər əyani,1 nəfər kontingentdə qalan) pilləsində təhsil alır. Fakültədə 4 kafedra və 2 elmi tədqiqat laboratoriyası fəaliyyət göstərir :
- Bərk cisim və yarımkeçiricilər fizikası,Yarımkeciricilər və dielektriklər fizikası (ETL)
- Fizika və onun tədrisi metodikası
-- Elektromexanika
- Elektrotexnika və energetika,Elektroenergetikanın problemləri (ETL)
Bakalavr pilləsində ixtisaslar:
- Fizika müəllimliyi
-Fizika
-Elektrik mühəndisliyi
-Elektroenergetika mühəndisliyi
-İstilik energetikası mühəndisliyi
-Elektroenergetika (TEMPUS layihəsi üzrə)
-Enerji maşınqayırması mühəndisliyi
Magistratura pilləsindəki ixtisaslaşmalar:
-Sənaye qurğuları və texnoloji komplekslərin avtomatikası və elektrik intiqalı
- Elektrik təchizatı (sahələr üzrə)
- Fizika fənninin tədrisi metodikası və metodologiyası
- Yarimkeçiricilər fizikası
- İstilik fizikasi və molekulyar fizika
-Yarimkeçirici cihazlar və mikroelektronika
-Atom və molekul fizikası
-İstilik elektrik stansiyaları
Dokrorantura (fəlsəfə doktoru üzrə) pilləsindəki ixtisaslar:
-Elektromexaniki komplekslər və sistemlər
-Yarımkeçiricilər fizikası
Fakültənin əsas elmi-tədqiqat istiqamətləri
-Yarımkeçirici cihazlar və mikroelektronika -Nadir torpaq elementli mürəkkəb yarımkeçirici birləşmə və bərk məhlulların alınması, onların elektrik, istilik, elastiki, optik xassələrinin tədqiqi, bu materiallar əsasında funksional yarımkeçirici element və qurğuların işlənib hazırlanması və tətbiq perspektivlərinin müəyyənləşdirilməsi. -Ərintidən dartma yolu ilə monokristalın yetişdirilməsi, laylı və zəncirvari quruluşlu Aııı Bıv tipli yarımkeçirici birləşmələrin fiziki xassələrinin yeni üçqat yarımkeçirici birləşmələrin alınması və onların fundamental fiziki xassələrinin tədqiqi.
-Fasiləsiz təhsil sistemində fizikanın tədrisi metodikası və metodologiyası -Elektrik təchizatı sistemlərinin yük düyünlərinin rejimlərinin analizi, gərginliyin tənzimi üsul və vasitələrinin işlənməsi; -Elektrik təchizatı sistemi avadanlıqlarının iş rejimlərinin tədqiqi və onlarda enerjinin tənzimi
-Qidalandırıcı xəlitə tətbiq etməklə monokristal yetişdirilməsi 2-ci və 3-cü qrup elementlərinin halogenidli birləşmələrinin fiziki xassələrinin tədqiqi elmi istiqaməti üzrə elmi-tədqiqat işləri aparılır.
-Neft, kimya, metallurgiya, maşınqayırma, cihazqayırma sahələrinin avtomatik idarəetmə sistemləri, robototexniki kompleksləri və çevik avtomatlaşdırılmış sistemləri üçün generator və parametrik ölçü və məsafə vericilərinin işlənməsi və tədqiqi.
-Neft-kimya, metallurgiya, maşınqayırma, cihazqayırma sənaye sahələrinin idarəetmə sistemləri üçün vericilərin, çevricilərin və vibrotəsirləndirici qurğuların işlənməsi, tədqiqi və tətbiqi
-Qeyri-ənənəvi və bərpa olunan energetika məsələləri
Fizika və Elektroenergetika fakultəsinin kafedraları və elmi-tədqiqat laboratoriyaları
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az