Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Yarımkeçiricilər və diaelelektriklər fizikası
Yarımkeçiricilər və diaelelektriklər fizikası
Yarımkeçiricilər və dielektriklər fizikası laboratoyiyası 2001-ci ildə Azərbaycan Respublıkasının Təhsil  Nazirliyinin 267/06 N-li əmrinə əsasən yaradılmışdır. Laborotoriyada əsas məqsədi “Nadir torpaq elementli mürəkkəb yarımkeçirici birləşmə və bərk məhlulların alınması, sintezi və monokristallarının yetişdirilmə texnologiyasının işlənib hazırlanması, fundamental və xarakteristik parametrlərinin təyini, onlarda yük və istilik daşınma hadisələrinin, neqatron effeklərin tədqiqi və bu materialların tətbiq perspektivlərini müəyyənləşdirməkdir.
Mövcud elmi-tədqiqat laborortoriyasında materialların sintezi,təmizlənməsi, Brijmen üsulu ilə TlInS2(Se2,Te2)-TlLnS2(Se2,Te2)  sistem ərintilərinin monokristallarının yetişdirilməsi, tədqiqat üçün tələb olunan nümunələrin hazırlanması üsulları həyata keçirilir.
 Laborotoriyanın fəaliyyəti dövründə qeyd olunan sistemlərin bərk məhlullarının struktur formalaşmasının xüsusiyyətlərini, elektrik, istilik, çevricilik, elastki xassələrinin müəyyənləşdirmək,onlarda yük və istilikdaşıma hadisələrinin mexanizmi öyrənilmişdir.
Bu məqsədlə aşağıdaki  məsələləri həll etmək lazım gəlmişdir: TlInS2(Se2,Te2)-TlLnS2(Se2,Te2)sistem ərintirilərinin sintezi və monokristallarının yetişdirilmə texnologiyası işlənib hazırlanır; tərkibdə lantonoidlərin miqdarından asılı olaraq fiziki-kimyəvi xassəllərin kompleks tədqiqi həyata keçirilir; yarımkeçiricilərin əsas parametrlər-xüsusi elektrik keçiriciliyinin, termo.-e.h.q-nin, Holl sabitinin, yürüklüyün tempratur asılıqları  tədqiq olunur, istidən xətti genişlənmə və izotermik sıxılma əmsallarının, həmçinin TlIn1-xLnxSx(Se2,Te2) bərk məhlullarında istilik daşınma hadisələrin və termoelekrik effektivliyinin temperatur asılılıqları tədqiq olunur və bu bərk məhlulların mümkün tədbiq sahələri müəyyənləşdirilir; bərk məhlullarda lantonoid atomlarının nisbi miqdarı artdıqca qadağan zonaların eni və hal sıxlıqlarının effektiv kütlələri arasında münasibətlər  korrelyasiyasına  geniş yer ayrılır.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az