Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti
Sumqayıt Dövlət Universitetinin Mətbuat xidməti uzun illərdi fəaliyyət göstərir.Universitetin Elmi Şurasının 28 fevral 2014-cü il tarixli (protokol №03) iclasının qərarına və 19.05.2014-cü il tarixli, R-01-26/1 №-li əmrinə əsasən Mətbuat xidməti Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti adlandırıldı.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti KİV-lə və ictimaiyyətlə əlaqələr sahəsində işlərin təşkilini, universitetin fəaliyyətinin KİV-də işıqlandırılmasını, təhsil, tədris və elmi nailiyyətlərin yerli media orqanları ilə yanaşı, dünya müstəvisində təbliğini təmin edir, universitetin əməkdaşlarını və tələbələri ali məktəbdə görülən işlər, qarşıda duran vəzifələr haqqında məlumatlandırır.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti öz fəaliyyətində “Təhsil haqqında”, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası  qanunlarını,  SDU-nun Nizamnaməsini və digər normativ-hüquqi aktları rəhbər tutur. İctimai təşkilatlarda, Kütləvi İnformasiya Vasitələrində, o cümlədən digər təhsil müəssisələri və ayrı-ayrı vətəndaşlarla əlaqədə universitetin  maraqlarının təmsilçisi kimi çıxış edir. Şöbənin əsas vəzifəsi universitetin elm, təhsil və digər ictimai faydalı fəaliyyətini təbliğ etmək; tədris və elmi nailiyyətləri yerli media orqanlarında, saytlarda, televiziya verilişlərində işıqlandırmaq; universitetdə keçirilən tədbirlərlə bağlı press-relizlər hazırlamaq; Azərbaycan, rus və ingilis dillərində olmaqla gündəlik xəbərləri www.sdu.edu.az/az saytına yerləşdirmək; universitetin fəaliyyəti ilə bağlı Kütləvi İnformasiya Vasitələrində yayımlanan və həqiqətə uyğun gəlməyən  məlumatlarla bağlı zəruri hallarda universitetin strukturlarının iştirakı ilə cavab hazırlamaq və təhrif olunan halların aradan qaldırılması üçün tədbirlər görür. 
       Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin əməkdaşlarının   universitetin rəsmi mətbu orqanı olan “Sumqayıt Universiteti” qəzetinin işıq üzü görməsində xüsusi əməyi var.Universitetin mətbu orqanı olan “Sumqayıt Universiteti” qəzeti 2000-ci ildən etibarən nəşr olunur. “Sumqayıt Universiteti” qəzetinin səhifələrində dərc olunan materialların əsas məzmununu universitetdə təhsil alan  tələbə və müəllimlərimizin elmi uğurlarından, universitetdə keçirilən elmi və kütləvi tədbirlər, beynəlxalq konfranslar haqqında, həmçinin ali təhsil müəssisəsində baş verən yenilik və uğurlardan bəhs olunan xəbərlərin gündəlik saytlarda və rəsmi mətbu orqanları ilə yanaşı  “Sumqayıt Universiteti” qəzetinin hər nömrəsində işıqlandırılmasında müstəsna xidmət göstərir.
Qəzetin fəaliyyətinə universitet rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin müdiri və“Sumqayıt Universiteti” qəzetinin baş redaktoru Nazxanım Məmməd qızı  Cəlilli, müxbir və qəzetin məsul katibi Fidan Əli qızı Vəliyeva, Operator Vəsilə Zahid qızı Ağayeva, operator( video) Rövşən Rövşən oğlu Quliyev, fotoqraf Elçin Xasay oğlu Həsənov, sdu.edu.az, ssu-scientificnews.edu.az, ssu-conferenceproceedings.edu.az, facebook, instagram, twitter –də informasiya paylaşımı mühəndis-proqramçısı Murad Əmirxan oğlu Hüseynli və operator Xəyalə İsa qızı İskəndərovanın əməyi və məsuliyyəti danılmazdır.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az