Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Strateji İnkişaf Mərkəzi
Strateji İnkişaf Mərkəzi
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr 13 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq edilmişdir. Strategiya Azərbaycanın inkişaf konsepsiyasına və qabaqcıl beynəlxalq təcrübəyə uyğun rəqabətqabiliyyətli təhsil sisteminin qurulması istiqamətində strateji hədəflər və tədbirlər müəyyənləşdirmişdir. Bununla əlaqədar Sumqayıt Dövlət Universitetində rektorun 23 yanvar 2023-cü il tarixli R-10/1 saylı əmri əsasında Strateji İnkişaf Mərkəzi (SİM) yaradılmışdır. Sumqayıt Dövlət Universitetinin Strateji İnkişaf Mərkəzinin əsasnaməsi Sumqayıt Dövlət Universiteti Elmi Şurasının 19.01.2023-cü il tarixli iclasının (pr. № 05) qərarı ilə təsdiq edilmişdir. SİM öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və dövlət orqanlarının təhsil sahəsində qəbul etdiyi normativ hüquqi aktlarını, əmrlərini, təlimat məktublarını, Universitetin nizamnaməsini, rektorun əmr və sərəncamlarını, eyni zamanda, SİM-in əsasnaməsini rəhbər tutur.
Hal-hazırda SİM-ə dos. Paşayeva Günel Baxşeyiş qızı rəhbərlik edir. Günel Paşayeva 2006-cı ildə Sumqayıt Dövlət Universitetinin bakalavriat, 2009-cu ildə magistratura pillləsini fərqlənmə ilə bitirmişdir. 2011‒2014-cü illərdə Sumqayıt Dövlət Universitetinin doktorantura pilləsində təhsil almış, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 23 iyun 2017-ci il tarixli (protokol N17-k) qərarı ilə Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 16.12. 2022-ci il tarixli qərarı ilə elmi-pedoqoji fəaliyyətə görə Filologiya elm sahəsinin Azərbaycan dili ixtisası üzrə dosent elmi adını almışdır. 2021-ci ildə elmlər doktoru proqramı üzrə 5706.01 ‒ Azərbaycan dili ixtisasına qəbul olmuşdur. 2022-ci ildə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üç moduldan ibarət təlimlərində iştirak etmişdir. 1 dərs vəsaiti, 1 monoqrafiya, 5 fənn proqramı, 40-a yaxın elmi məqalə və  tezisin müəllifidir.
Strateji İnkişaf Mərkəzinin funksiyaları aşağıdakılardır:
- Universitetin fəaliyyətini müəyyən edən məlumatların toplanması sisteminin təşkili;
- Universitetin uzunmüddətli, eyni zamanda cari strategiya və siyasətinin müəyyənləşdirilməsi;
- Universitetin fəaliyyət və keyfiyyət meyarlarının inkişaf etdirilməsi;
- Universitetin xidmət və fəaliyyəti haqqında məlumatların toplanması, təhlili və şərh edilməsi;
- Universitetin fəaliyyətinə (təhsil, təlim və tədqiqat) təsir göstərə biləcək xarici və daxili amillərin araşdırılması, xidmətlərin səmərəliliyi, məmnuniyyət səviyyəsinin təhlili və onların əsasında hesabatların hazırlanması;
- Strateji planının hazırlanması və fəaliyyət proqramı əsasında işlərin görülməsi;
- Strateji plana və fəaliyyət proqramına uyğun olaraq illik hesabatın hazırlanması;
- Universitetin 5 illik strateji planının icrasına nəzarət və görülən işlər barədə hesabatın hazırlanması;
- Universitetin maraqları çərçivəsində yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq, universitetin gələcək inkişafı üçün strateji planın hazırlanması;
- Universitetinin təhsil–elm‒tədqiqat–innovasiya mərkəzlərindən birinə çevrilməsi üçün perspektiv planların hazırlanması;
- təhsildə innovativ sistemlər haqda təkliflərin hazırlanması;
- Universitet-biznes əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi;
- müəllim və tələbələrin şirkətlərlə əlaqələrinin yaradılmasında vasitəçi rolunu oynaması;
- Universitetin dövlət qurumları, istehsalat sahələri və bizneslə strateji əməkdaşlığının genişlənməsi, strategiyanın tələblərinə uyğun qurulması və digər əsas vəzifələrdən irəli gələn məsələlərin həlli.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az