Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN

Sumqayıt Dövlət Univertsitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatı Ümummili Lider Heydər Əliyevin həyatı, çoxşaxəli fəaliyyəti və irsinin dərindən öyrənilməsi və təbliği məqsədilə tələbələr arasında “ƏN YAXŞI MƏQALƏ” müsabiqəsi elan edir.

                         Mövzular
1. Ana dilimizin inkişaf yolu və Heydər Əliyevin dil siyasəti
2. Heydər Əliyev və Azərbaycan Dövlət Gənclər siyasəti
3. Heydər Əliyev və milli özünüdərk məsələsi
 
                        MÜKAFATLAR
1-ci yer 300 (üç yüz) manat
2-ci yer 200 (iki yüz) manat
3-cü yer 100 (bir yüz) manat
 
Məqalələr 01 dekabr 2018-ci il tarixinədək qəbul olunur.
Nəticələr 10 dekabr 2018-ci il tarixinədək elan ediləcək.
 
Qeyd: Məqalələrdə orfoqrafik və üslubi səhvlərə ciddi diqqət yetiriləcək;
Məqalələrin məzmunu mövzunun adına uyğun olmalı, internet resursları və digər mənbələrdən köçürmə halı olmamalıdır;
Məqalələr elektron və çap variantında təqdim edilməlidir;
Təşkilat komitəsi təqdim olunan məqalələrin yoxlanma üsulunun seçilməsi hüququnu özündə saxlayır.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az