Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi ili” elan edilməsinə müvafiq olaraq Sumqayıt Dövlət Universitetinin tələbə və magistrları arasında “Nəsiminin söz dünyası” mövzusunda məqalə müsabiqəsi elan edilir. Müsabiqədə iştirak etmək istəyənlər öz məqalələrini nasimimusabiqesisdu@gmail.com elektron ünvanına və ya Filologiya fakültəsinə təqdim edə bilərlər. Müsabiqəyə təqdim edilən məqalələr aşağıda göstərilən tələblərə cavab verməlidir:
 
Məqalə çap edilmiş və elektron daşıyıcılarda təqdim edilir;
 
Məqalə Word Document proqramında yığılır. Məqalə ümumi həcmi 6 səhifədən artıq olmamalıdır (Arial, 12 ölçüdə, sətirarası 1,0 intervalla);
 
Məqalə Power Point Presentation proqramında 25 slayddan artıq olmayan təqdimatı hazırlanmalıdır;
 
Zərurət yarandıqda məqalənin nümayış edilə bilən maketi, videomaterial təqdim edilə bilər.
 
Məqalənin mütləq qaydada aşağıda göstərilən hissələrdən ibarət olmalıdır:
 
Titul vərəqi – məqalənin adı, müəllifin adı, soyadı, atasının adı, təhsil aldığı fakültə, hazırda oxuduğu kurs/qrup – 1 vərəq;
 
Aşağıda göstərilən hallarda məqalə müsabiqəyə buraxılmır:
 
məqalə əllə və ya çap makinasında yazıldıqda;
 
tam və ya qismən digər şəxslərin ideyasını təkrar etdikdə (plagiat);
 
ərizədə göstərilən şəxs iştirak tələblərinə cavab vermədikdə.
 
Müsabiqəyə təqdim edilən sənədlər geri qaytarılmır (maket və slaydlar istisna olmaqla), onlarla bağlı izahat verilmir.
 
Müsabiqə iştirakçısı Təşkilat Komitəsinə təqdim etdiyi məqalənin dərc və nümayiş etdirilməsinə, tətbiq edilməsinə razılıq verir o şərtlə ki, onun müəllifliyi hər istifadədə qeyd edilsin.
 
Müsabiqənin qaliblərini mükafat gözləyir.
 
Əsərlər 7 may 2019-cu tarixinədək qəbul olunur.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az