Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN
Sumqayıt Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı “Şeir müsabiqə”si elan edir:
 
Müsabiqənin məqsədi:
• Bu şeir müsabiqəsini ərsəyə gətirməklə tələbələrin maarifləndirilməsi və yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından şeirlərin səsləndirilməsinə stimul verməkdir.
 
Müsabiqənin şərtləri:
• Müsabiqədə mövzu sərbəstdir, istənilən məzmunda, istənilən vəzndə yazılmış şeirlər müsabiqəyə təqdim edilə bilər.
• Tələbə müsabiqəyə yalnız 1(bir) şeir təqdim edə bilər.
• Şeir video formatında maximum 2(iki) dəqiqə müddətində olmalıdır.
• Video göndərildikdə Ad/ Soyad/ Ata adı/ Fakültə/ Qrup/ Əlaqə nömrəsi təqdim olunmalıdır.
 
Müsabiqənin müddəti:
• Müsabiqə 8 Aprel 2020 - ci il tarixində başlayır – 12 Aprel 2020 - ci il tarixində yekunlaşır!
Əlavə məlumat üçün TGT Fakültə sədrlərinə və ya Sosial şəbəkədə müraciət edə bilərsiz. İştirakçılar tərəfindən şeirlər aşağıdakı elektron poçt ünvanına göndərilməlidir.
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az