Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Elanlar | Magistrantların nəzərinə!
Magistrantların nəzərinə!
SDU-da 14-15 may tarixlərində kecirilməsi nəzərdə tutulan magistrantların XX Respublika elmi konfransının kecirilmə tarixində koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq dəyişiklik edilmişdir.
Sumqayıt Dövlət Universitetində magistrantların XX Respublika elmi konfransı 29-30 may 2020-ci il tarixlərində keçiriləcək.
 
Bölmələr
1. Fizika
2. Riyaziyyat
3. Mexanika
4. Elektroenergetika
5. Yeni informasiya texnologiyaları
6. Kimya və kimya-texnologiya
7. Biologiya
8. Ekologiya
9. Tarix
10.Coğrafiya
11.İqtisadiyyat
12.Dilçilik
13.Ədəbiyyatşünaslıq
14.Pedaqogika
15.Psixologiya
16.Metodika
17.Sənətşünaslıq
18.Azərbaycan multikulturalizmi
 
Konfransa təqdim edilən məruzə tezislərində problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələrinin tətbiq sahələrinə dair təklif verilməlidir. Əsaslandırılmış mühüm ideyaları olan məruzə tezislərinə üstünlük verilir.
Təqdim edilən məruzə tezisləri plagiata yoxlanılır.
 
1. Məruzə tezislərinin tərtib olunma qaydaları:
    • Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman (Az.latın), 11pt ilə, 1 intervalla A4 formatda yığılır;
    • Boş yerlər: yuxarıdan və aşağıdan - 25 mm, soldan və sağdan - 20 mm;
    • Məruzənin adı - BAŞ HƏRFLƏRLƏ qalın şriftlə ortada (birinci sətr);
    • Müəllifin soyadı, adı, atasının adı - kursiv qalın şriftlə ortada (ikinci sətr);
    • Ali məktəbin adı - kursiv, ortada (ücuncü sətr);
    • E-mail ünvanı - kursiv, ortada (dördüncü sətr);
    • Bölmənin adı - məruzə tezisinin mətninin sonunda, solda;
    • Məruzə tezisinin mətni - 2 səhifəyə qədər, səhifələr nömrələnmir.
 
2. Məruzə tezisləri aşağıdakı sənədlərlə təqdim olunmalıdır:
    • Elmi rəhbərin rəyi;
    • Müəllifin təhsil aldığı müəssisə rəhbərinin konfransın Təşkilat komitəsinin sədri rektor, prof. E.B. Hüseynova ünvanlanmış məktubu.
 
3. Bir müəllifdən 2-dən artıq məruzə tezisi qəbul edilmir.
4. Məruzə elektron variantda aşağıdakı e-ünvana 2020-ci il may ayının 8-dək təqdim olunmalıdır:
 
5. Tələbləri ödəməyən məruzə tezislərı Təşkilat komitəsi tərəfindən qəbul edilmir, rəy verilmlr, geri qaytarılmır.
 
6. Qeydiyyat xərcləri - hər məruzə tezisi üçün 5 AZN.
 
Konfransın açılışı 29 may 2020-ci il saat 11:00-da SDU-nun akt zalında olacaqdır.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az