ELAN
Sumqayıt Dövlət Universitetində 26–27 noyabr 2020–ci il tarixlərində “Cəmiyyətə inteqrasiya və sosial adaptasiya: nəzəri və praktik aspektlər” mövzusunda Respublika Elmi konfransı keçiriləcək.
Konfransa aşağıdakı bölmələr üzrə məruzələr qəbul olunur:
1. Korreksion pedaqogika və psixologiyanın aktual problemləri
2. İnklüziv təhsildə fənlərin tədrisi metodikasının xüsusiyyətləri
3. Cəmiyyətə inteqrasiya və sosiallaşmanın aktual problemləri
4. İnklüziv təhsildə kompüter texnologiyalarının rolu
Konfransın işçi dilləri: azərbacan, rus, ingilis.
Konfransın formatı: əyani və ya online – əlavə olaraq məlumat veriləcəkdir.
Konfrans materiallarının tərtibinə qoyulan tələblər:
Kağızın ölçüsü – A4
Boş sahə – hər tərəfdən 2 sm
Şrift –Times New Roman
Şrift ölçüsü –12 pt
Sətirarası interval –1,15 sm
Abzas –1,25 sm
Məqalənin adı – ortadan, böyük hərflərlə, qalın şriftlə
Müəllifin adı, soyadı, atasının adı – ortadan, qalın şriflə
İş yeri, şəhər,ölkə və e-poçt ünvanı – ortadan, kursivlə
Açar sözlər (5–-7 söz)
Xülasə (60–80 söz) – azərbaycan, ingilis və rus dillərində – məqalənin yazıldığı dildən başqa iki dildə
Həcmi – 5 səhifəyə qədər
Ədəbiyyata istinadlar – kvadrat mötərizədə
Ədəbiyyat siyahısı  – əlifba sırası ilə
Bir müəllifdən yalnız bir tezis və ya bir məqalə qəbul edilir.
Konfransın materialları Antiplagiat sistemində yoxlanıldıqdan sonra toplu şəklində çap olunur, sdu.edu.az saytında və eLibrary.ru məlumat bazasında yerləşdirilir.
Materiallar 30 oktyabr 2020–ci il tarixinədək sdu.psipedpp@gmail.com elektron poçtuna və ya elektron daşıyıcılarda və çap olunmuş formada aşağıdakı ünvanda qəbul olunur:
AZ5008, Sumqayıt şəh., 16–cı məhəllə, Sumqayıt Dövlət Universiteti (III tədris binası), Filologiya fakültəsi, Pedaqogika və psixologiya kafedrası.
Əlaqələndirici şəxs – dos. Məmmədova Aytəkin Telman qızı
Əlaqə telefonu: (+994) 50 550 98 81, (+994) 50 683 14 83.
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az