Əsas səhifə | Elanlar | Tələbələrin nəzərinə!
Tələbələrin nəzərinə!

Əziz tələbələr! Bildiyiniz kimi torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda qanlı döyüşlər gedir. Bununla bağlı internetin verilməsində müəyyən məhdudiyyətlər tətbiq olunub. Rəşadətli və müzəffər ordumuz cəbhədə düşmən üzrərində uğurlu döyüş əməliyyatları apardıqları kimi, arxa cəbhədəki hər kəs də öz işini vicdanla yerinə yetirməklə vətən qarşısında öz borcunu yerinə yetirmiş olur. Bir tələbə kimi sizin də vəzifəniz elmi biliklərə yiyələnmək, gələcəyin peşəkar mütəxəssisləri kimi yetişmək, öz sahənizdə vətənə layiqincə xidmət etməkdən ibarətdir. Yaranmış vəziyyətlə bağlı internetin imkanları daxilində dərslərə qoşulmanızı tövsiyyə edirik. Tələbələrin texniki səbəbdən dərslərə qoşula bilmədikləri hallar universitet rəhbərliyi tərəfindən nəzərə alınacaq.

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az