Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Elanlar | Sumqayıt Dövlət Universitetinin I kursuna qəbul olunan bakalavr və magistrantların nəzərinə!
Sumqayıt Dövlət Universitetinin I kursuna qəbul olunan bakalavr və magistrantların nəzərinə!
Əziz 1-ci kurs tələbələri!
SDU-nun rəhbərliyi və kollektivi tələbə adı qazanan intellektual və kreativ qüvvəyə malik gənclərimizi və onların valideynlərini səmimi qəlbdən təbrik edir, hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş yaradıcı gənclərə təhsillərində yeni-yeni uğurlar arzulayır. Tələbə adınız mübarək!
Respublikamızda koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi ilə əlaqədar olaraq çoxsaylı suallarınızı və narahatlığınızı nəzərə alıb bildirmək istəyirik ki, tanışlıq, tələbə bileti, yaddaş kitabçası və digər zəruri sənədlərin təqdimatı üçün tələbələrin aşağıdakı cədvələ uyğun olaraq universitetə gəlmələri planlaşdırılıb.
 
Tələbələr universitetə gələn zaman göstərilən aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Şəxsiyyət vəsiqəsinin 3 ədəd surəti;
2. Attestat və ya diplomun əsli;
3. Subbakalavr diplomunun əsli;
4. 4 ədəd 3x4 sm ölçülü fotoşəkil;
5. Tibbi arayış;
6. Ödənişli əsaslarla qəbul olunmuş Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş imtiyazlı şəxslər (məcburi köçkünlər, şəhid ailələri, Qarabağ müharibəsi əlillərinin övladları, valideyn himayəsindən məhrum olanlar) üçün imtiyazlı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti.
Əlavə yaranan suallarla bağlı fakültə dekanlıqları ilə əlaqə saxlamaq olar. Əlaqə telefonları cədvəldə diqqətinizə təqdim edilib.
 
   
Fakültələrin adları
Tarix
Vaxt
Qeyd
Tarix və coğrafiya
Tarix;
Tarix müəllimliyi;
Tarix və coğrafiya müəllimliyi;
Coğrafiya müəllimliyi;
Sosiologiya;
Politologiya ixtisasları.
15.10.2020
9:00 – 12:00
+994 18 64 4 85 34
Mühəndislik
Proseslərin avtomatlaşdırlması mühəndisliyi;
İnformasiya texnologiyaları;
Kompüter mühəndisliyi;
Mexanika mühəndisliyi;
Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasları.
15.10.2020
13:00–16:00
+994 18 64-4-89-06
İqtisadiyyatvə idarəetmə
Menecment;
Biznesin idarə edilməsi;
Mühasibat;
Maliyyə;
Beynəlxalq ticarət və logistika;
Marketinq;
İqtisadiyyat ixtisasları.
16.10.2020
9:00 – 12:00
+994 18 64 4 85 31
Riyaziyyat
Riyaziyyat;
Riyaziyyat müəllimliyi;
Riyaziyyat və informatika müəllimliyi;
Kompüter elmləri ixtisasları.
16.10.2020
13:00-16:00
+994 18 64 4 85 32
Fizikavə elektronika
Fizika müəllimliyi;
Fizika;
Elektrik və elektronika;
Energetika mühəndisliyi ixtisasları.
15.10.2020
9:00 – 12:00
+994 18 64 4 89 11
Kimya və biologiya
Kimya, Kimya mühəndisliyi;
Neft-qaz mühəndisliyi;
Biologiya müəllimliyi;
Biologiya;
Ekologiya mühəndisliyi;
Kimya və biologiya müəllimliyi;
Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq; müəllimliyi(qızlar üçün fiziki tərbiyə müəllimliyi, Azərbaycan və rus bölməsi;
Ekologiya ixtisasları.
16.10.2020
9:00 – 12:00
+994 18 64 4 70 89
Filologiya
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi;
Filologiya (Azərbaycan dili və ədəbiyyatı);
PsixologiyaTəhsildə sosial-psixoloji xidmət;
 
 
Məktəbəqədər təhsil;
İbtidai sinif müəllimliyi;
Xarici dil müəllimliyi (dillər üzrə);
Təhsildə sosial-psixoloji xidmət;
Psixologiya ixtisasları.
15.10.2020
 
 
 
 
 
 
 
 16.10.2020
 
9:00 – 12:00
 
 
 
 
 
 
 
9:00 – 12:00
+994 18 65 5 36 66
 
 
Qeyd edək ki, hər kəs qrafik üzrə öz fakültəsinə buraxılacaq.
* Sanitar-epidemioloji vəziyyətlə əlaqədar müəyyən edilmiş tələblərə (maska və əlcək) əməl etmək mütləqdir.
* Sosial məsafənin gözlənilməsi sizdən xahiş olunur.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az