Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN

20 fevral 2021-ci il saat 17:00-da SDU-nun Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq ana dili gününə həsr olunmuş “Ana dilimizi sevək və qoruyaq” mövzusunda dəyirmi masa keçiriləcək. Tədbirdə Filologiya fakültəsinin professor-müəllim heyəti, magistrant, doktorant və dissertanları, qonaq qismində isə AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, BDU-nun Dünya ədəbiyyatı kafedrasının müdiri, prof.Cəlil Nağıyev, BDU-nun Azərbaycan dilçiliyi  kafedrasının müdiri Sənubər Abdullayeva, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva, ADPU-nun Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova, ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri, professor Buludxan Xəlilov, BDU-nun Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri, professor İlhamə Hacıyeva, Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Sədaqət Həsənova, BSU-nun Türkologiya kafedrasının dosenti Nuridə Novruzova, Azərbaycan dili kafedrasının professoru İkram Qasımov, Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının professoru Yadigar Əliyev iştirak edəcəklər. 

Tədbir 2021-ci ilin 20 fevral tarixində saat 17:00-da “ZOOM” platforması üzərindən virtual formatda keçiriləcəkdir.    
İD: 778 369 2987 
Parol: SDU
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az