Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Elanlar | РИНЦ eLibrary.ru elektron məlumat bazasından istifadə qaydaları üzrə təlimlərə start verilir
РИНЦ eLibrary.ru elektron məlumat bazasından istifadə qaydaları üzrə təlimlərə start verilir
Sumqayıt Dövlət Universitetinin rektoru prof. E.B.Hüseynovun 16.03.2021-ci il tarixli R-13/1 saylı əmrinə əsasən 13.04.2021-ci il tarixindən etibarən SDU əməkdaşları üçün РИНЦ eLibrary.ru - elektron məlumat bazasından istifadə qaydaları üzrə təlimlər keçiriləcək (ayditoriya 227). Üç pillədən ibarət olacaq təlimlərdə dinləyicilər aşağidakı bacarıqları mənimsəyəcəklər:
 
Birinci pillədə:
· eLibrary.ru – da istifadəçi qismində qeydiyyat
· “Science Index” sistemində müəllif qismində qeydiyyat
· “НАВИГАТОР” – dan istifadə qaydaları
· “Şəxsi kabinet”dən istifadə qaydaları
 
İkinci pillədə:
· “Kаталог журналов” – dan istifadə qaydaları
· eLibrary.ru – da “Elmi xəbərlər” jurnalının səhifəsindən istifadə qaydaları
· Saytda mövcud alətlərdən istifadə qaydaları (elmi məqalələrə baxılma, yükləmə, seçmə qrupuna daxil etmə və s.)
 
Üçüncü pillədə:
( “Science Index” sistemində 10 gün ərzində qeydiyyata alınandan sonra)
· Məqalələrə rəylərin əlavə edilməsi qaydaları
· Məqalələrin qiymətləndirilməsi qaydaları
· Məqalələrə sitatgətirmə qaydaları
 
Sonda dinləyicilərə sertifikatlar veriləcək
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az