Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN
Sumqayıt Dövlət Universitetinin Biznesin təşkili və menecment kafedrasının təşkilatçılığı ilə keçirilən PERFORMANCE MANAGEMENT “Müəllim tələbə koordinasiyası” onlayn vebinarlar silsiləsindən “Biznes təfəkkürü və uğura doğru...“ adlı vebinarı
Layihənin rəhbəri:
1. Biznesin təşkili və menecment kafedrasının baş müəllimi Məmmədova Səxavət Tofiq qızı,
2. Biznesin təşkili və menecment kafedrasının müəllimi Əliyeva Şöhrət İzzət qızı
Tədbirin məqsədi: Tələbələrə özünüidarəetmə, özünütəlim proselərinin aşılanması ilə onların innovativ fəallığının və intellektual potensialının yüksəldilməsi, müasir biznes və idarəetmə mühitinə uyğunlaşdırılması, kreativ təşəbbüslərinin üzə çıxarılması.
Tədbirin keçirilmə tarixi: 17 may 2021-ci il, saat 17:00 (ZOOM platforması ilə)
Tədbirin rəhbəri (müəllim): Biznesin təşkili və menecment kafedrasının baş müəllimi Məmmədova Səxavət Tofiq qızı
Təşkilati işlər üzrə koordinator (tələbə): Biznesin təşkili və menecment kafedrasının müəllimi Əliyeva Şöhrət İzzət qızı
 
Vebinarın ssenarisi
1. “Özünüidarəetmə müasir biznes modelinin təminatıdır” - məruzəçi, layihənin rəhbəri Biznesin təşkili və menecment kafedrasının baş müəllimi Məmmədova Səxavət Tofiq qızı
2. “Uğur forumu” – videoçarx, Biznesin təşkili və menecment kafedrasının müəllimi Əliyeva Şöhrət İzzət qızının təqdimatında
3. “Azərbaycanda biznes quruculuğu və biznes təfəkkürünün formalaşması” - məruzəçi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq Statuslu Biznes Təlimçisi, ORKHANWAY Coaching-Şirkətinin Təsisçisi, Beynəlxalq Əmək Təşkilatının Biznes Təlimçisi Orxan Şahbaz
4. Mövzu ətrafında təlimçi və tələbələr arasında müzakirə və debatlar.
5. Tələbələr arasında keçirilən sorğu əsasında “Müəllim-tələbə koordinasiyasi” online vebinarlar silsiləsinin növbəti vebinarının mövzusunun müəyyən edilməsi.
6. Qəbul edilmiş mövzu üzrə marağı olan tələbələrin seçilməsi.
7. Çıxışlar.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı A.Y.Yəhyayeva
Biznesin təşkili və menecment kafedrasının müdiri Q.S.Hüseynov
Tədbirin əhəmiyyəti: Tələbə və müəllim əməkdaşlığının inkişaf etirilməsi, tələbələrin geniş dünya görüşə malik mütəxəsis kimi formalaşmasına dəstək verilməsi, onların geniş auditoriyaya çıxış imkanlarının təmin edilməsi, pandemiya dövründə psixoloji gərginlikərinin aradan qaldırılması və asudə vaxtlarının səmərəli təşkili.
 
Növbəti vebinarların planlaşdırılan mövzuları
1. Universitetimizin məzunlarından uğura gedən yol
2. Postkonflikt dövrü işğaldan azad edilən ərazilərdə layihələrin idarə edilməsi
3. Postpandemiya dövründə böhrandan çıxış yolları
4. İdərəetmə psixologiyası və liderlik
5. Nəzəriyyədən təcrübəyə: tələbələrin startup layihələri
 
Birgə əməkdaşlıq vebinarları (SDU-nun Karyera Mərkəzi, Tələbə təşkilatları, SDU-nun digər fakültələri, SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kolleci, Respublikamızın digər universitetləri, xarici üniversitetlər, orta məktəblər)
 
Dəvətlilər: Kafedra müdirləri və könüllülük əsasında İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri, müəllimləri
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az