Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
M Ə L U M A T M Ə K T U B U
Hörmətli həmkarlar!
Sizi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.01.2021 – ci il tarixli 1764 nömrəli razılıq məktubuna əsasən təsdiq olunmuş “Ali təhsil müəssisələrində 2021-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans, simpozium və konqreslərin siyahısı”na uyğun olaraq 28–29 oktyabr 2021-ci il tarixlərində Sumqayıt Dövlət Universitetində keçiriləcək “Dil, cəmiyyət, şəxsiyyət və Nizami Gəncəvi yaradıcılığı” mövzusunda Beynəlxalq elmi konfransda iştirak etməyə dəvət edirik.
Konfransın bölmələri:
1. Milli-mədəni özünəməxsusluq : folklor, ədəbiyyat, tarix və din aspektləri
2. İnsan və cəmiyyət məsələləri Nizami Gəncəvi yaradıcılığında
3. Mədəniyyətlərarası kommunikasiya: qarşılıqlı əlaqələrin ictimai-psixoloji, etik və koqnitiv xüsusiyyətləri
4. Dünyanın dil mənzərəsi: sosial və linqvistik məsələlər
Konfransın işçi dilləri: azərbaycan, rus, ingilis.
Konfransın formatı: əyani və ya onlayn – əlavə olaraq məlumat veriləcəkdir.
Konfrans materiallarının tərtibinə qoyulan tələblər:
Kağızın ölçüsü – A4
Boş sahə – hər tərəfdən 2 sm
Şrift – Times New Roman
Şrift ölçüsü – 12 pt
Sətirarası interval – 1,15 sm
Abzas – 1,25 sm
Məqalənin adı – ortadan, böyük hərflərlə, qalın şriftlə
Müəllifin adı, soyadı, atasının adı – ortadan, qalın şriflə
İş yeri, şəhər, ölkə – ortadan, kursivlə
E-poçt ünvanı – ortadan, kursivlə
Açar sözlər (5–7 söz) – azərbaycan, ingilis və rus dillərində
Xülasə (60–80 söz) – azərbaycan, ingilis və rus dillərində
Həcmi – 5 səhifəyə qədər
Ədəbiyyata istinadlar
Ədəbiyyat siyahısı – kvadrat mötərizədə – əlifba sırası ilə
Konfransın materialları Antiplagiat sistemində yoxlanıldıqdan sonra “SDU. Konfrans materialları” toplusunda (Beynəlxalq seriya nömrəsi: İSSN 2708-955X print, İSSN 2709-6033 on-line) çap olunaraq, https://www.ssu-conferenceproceedings.edu.az , https://www.sdu.edu.az saytlarında və REİİ-nin eLibrary.ru məlumat bazasında yerləşdiriləcəkdir.
Materiallar 15 sentyabr 2021-ci il tarixinədək sdu.dilcemiyyet@gmail.com elektron poçtuna və ya elektron daşıyıcılarda və çap olunmuş formada bu ünvanda qəbul olunur:
AZ5008. Sumqayıt şəh., 16-cı məhəllə, Sumqayıt Dövlət Universiteti (III tədris korpusu), Filologiya fakültəsi, Xarici dillər kafedrası (aud. 217 ).
Bir müəllifdən yalnız bir məruzənin tezisi qəbul edilir.
Əlaqələndirici şəxs – prof. İsgəndərova Nigar Vəliş qızı
Əlaqə telefonu: (+994) 503396478
(+99418) 655366
                                                                                                                                                                                                                                                                       Təşkilat komitəsi 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az