Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Elanlar | ABŞ-ın Azərbaycandakı Səfirliyi elan edir
ABŞ-ın Azərbaycandakı Səfirliyi elan edir

Sumqayıt Dövlət Universiteti Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə “Akademik məqsədlər üçün ingilis dili” təlimlərinə qeydiyyatı açıq elan edir.
Belə ki, SDU Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin təşəbbüsü ilə universitetin pedaqoji heyətinin ingilis dili bacarıqlarının akademik səviyyədə istifadəsini inkişaf etdirmək məqsədilə ABŞ-ın Azərbaycandakı Səfirliyi 3 aylıq treyninqlərə start verəcəkdir.
15 sentyabr 2021-ci il tarixindən - 15 dekabr 2021-ci il tarixinədək keçirilməsi planlaşdırılan təlimin əsas məqsədi universitetin müəllim- pedaqoji heyətinin və təhsilin digər kateqoriyasına aid olan işçilərinin ingilis dili bacarıqlarının akademik səviyyəyə çatdırılması və eyni zamanda, universitetdə ingilis dilli işçi şəbəkəsinin yaradılmasına və universitetin beynəlxalq əlaqələrinin potensial imkanlarının inkişafına nail olmaqdır.
“Akademik məqsədlər üçün ingilis dili” və “İngilis dilində akademik yazı” kursunun təlimçiləri ABŞ –ın Azərbaycandakı səfirliyi tərəfindən təqdim olunmuş dil daşıyıcıları olacaqdır. İştirakçıların davamiyyəti və verilmiş tapşırıqları yerinə yetirmələri tələb olunur.
Müvəffəqiyyət qazanan iştirakçılara təlimin sonunda sertifikatlar təqdim olunacaqdır.
3 ay müddətində keçirilməsi nəzərdə tutulan təlimlərdə orta ingilis dili səviyyəsinə malik işçi heyəti iştirak edə bilər.
Maraqlananlar aşağıda göstərilən linkdə qeydiyyatdan keçməlidir. https://forms.gle/vCCaFrZgAKKUxoom6
Son müraciət tarixi: 30.08.2021
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az