Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN

2021/2022-ci tədris ilində Sumqayıt Dövlət Universitetinin magistratura səviyyəsinə boş qalan plan yerlərinə qəbul olunmuş şəxslərin qeydiyyatı üçün təqdim edəcəkləri sənədlərin siyahısı

Magistratura səviyyəsinə qəbul olmuş şəxslər elektron qaydada ali təhsil müəssisələrinə qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış şəxsi kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qeydiyyat üzrə e-müraciət sisteminin TƏLİMATI ilə burada tanış olmaq olar.
 
Qeydiyyat prosesi 2021-ci il avqustun 18-dən 25-dək aparılacaqdır.
 
Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:
1. Şəxsiyyət vəsiqəsinin əsli və 3 ədəd surəti;
2. Bakalavr diplomu və diploma əlavənin əsli və 1 ədəd surəti;
3. Cari ilin məzunları üçün ali məktəbi bitirmələri haqqında arayış;
4. 4 ədəd 3x4 sm ölçülü fotoşəkil;
5. Tibbi arayış;
6. Ödənişli əsaslarla qəbul olanlar təhsil haqqını gpp.az saytında FİN və ya invoys vasitəsilə ödəniş edə bilərlər.Bunun üçün gpp.az saytına daxil olmaq, bütün xidmətlərdən TƏHSİL seçmək, sonra ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ xidmətinə sıxmaq lazımdır. Açılan səhifədə müvafiq məlumatları daxil etməklə ödənişi icra edə bilər.
7. Ödənişli əsaslarla qəbul olunmuş Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş imtiyazlı şəxslər (məcburi köçkünlər, şəhid ailələri, Qarabağ müharibəsi əlillərinin övladları, valideyn himayəsindən məhrum olanlar) üçün imtiyazlı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti;
 
Göstərilən sənədlər ipli qovluqda 2021-ci il avqustun 27-dək (şənbə və bazar günləri istisna olmaqla) SDU-nun Doktorantura və magistratura şöbəsinə təqdim edilməlidir.
Sənədləri qaydasında olmayan bakalavrların magistraturaya qəbulundan imtina ediləcək.

 

Əlaqə telefonu: 018 642 12 63
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az