Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Elanlar | Sumqayıt Dövlət Universiteti üzrə “Ən yaxşı monoqrafiya” müsabiqəsinin keçirilməsi haqqında ELAN
Sumqayıt Dövlət Universiteti üzrə “Ən yaxşı monoqrafiya” müsabiqəsinin keçirilməsi haqqında ELAN
Müsabiqəyə Sumqayıt Dövlət Universitetinin Elmi Şurası tərəfindən nəşrinə icazə (qrif) verilmiş monoqrafiyalar (fərdi və ya kollektiv) qəbul olunur.
Müsabiqənin mərhələləri:
30 sentyabr 2022-ci il tarixinə qədər: Monoqrafiyalar kafedra iclasının protokolundan çıxarışla fakültə metodik şurasına təqdim edilir;
15 oktyabr 2022-ci il tarixinə qədər: Fakültə metodik şurası seçdiyi ən yaxşı monoqrafiyanı fakültə elmi şurasının qərarı ilə (protokoldan çıxarış və tələb olunan sənədlərlə birlikdə) Müsabiqə komissiyasına (komissiyanın məsul katibinə) təqdim edir (SDU‑nun əsas korpusu, otaq 209, daxili telefon 113);
01 noyabr 2022-ci il tarixinə qədər: Müsabiqə komissiyası monoqrafiyanın təqdimatını dinləyir, qərarı barədə SDU-nun Elmi şurası qarşısında vəsatət qaldırır.
Daha ətraflı: Əsasnamə
Müsabiqənin məsul katibi: dosent Qadir Mənsurov (mob.tel. (+994)505730618, e-mail: dr.ing.mansurov@mail.ru)
 
Müsabiqə komissiyası
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az