Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Elanlar | Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi gəncləri “Qış Məktəbi 2022” proqramına qoşulmağa dəvət edir
Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi gəncləri “Qış Məktəbi 2022” proqramına qoşulmağa dəvət edir
Əziz gənclər, Qış tətilinizi daha səmərəli və əyləncəli keçirtmək istəyirsinizsə, o zaman bizim “Qış məktəbi” proqramına qoşulun!
Layihə gənclərin vergi, mühasibatlıq, iqtisadiyyat yönümlü mövzularda bilik və bacarıqlarının formalaşdırılması və inkişafına, eləcə də onların qış tətilinin səmərəli təşkilinə xidmət edir.
Düşərgə çərçivəsində tələbələrə təcrübəli müəllimlər tərəfindən xüsusi hazırlanmış təlimlər, iştirakçıların əylənərək öyrənməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə müxtəlif idman və bilik yarışları təşkil olunacaq.
Sonda iştirakçılara qiymətli hədiyyələr və sertifikatlar təqdim olunacaq.
XÜSUSİ TƏKLİFLƏRİMİZ:
✔GƏNCLƏRİN KARYERA HAZIRLIĞININ TƏŞKİLİ;
✔İQTİSADİYYAT VƏ VERGİ SAHƏSİNDƏ PRAKTİKİ BİLİK VƏ ✔BACARIQLARIN FORMALAŞDIRILMASI;
✔ŞAMAXI RAYONUNDA YERLƏŞƏN TURİSTİK MƏKANLARA SƏFƏR;
✔GÜN ƏRZİNDƏ 3 DƏFƏ QİDALANMA;
✔GÜN ƏRZİNDƏ 2 DƏFƏ ÇAY-QƏHVƏ FASİLƏSİ;
✔TƏDRİS MƏRKƏZİNİN MÜASİR TİPLİ YATAQXANASINDA GECƏLƏMƏK;                 
✔TƏDRİS MƏRKƏZİNİN İDMAN-SAĞLAMLIQ KOMPLEKSİNDƏN İSTİFADƏ;
✔İNTELEKTUAL VƏ ƏYLƏNCƏLİ OYUNLAR;
SERTİFİKAT;
✔İŞTİRAKÇILARIN BAKIDAN ŞAMAXIYA APARILMASI VƏ GƏTİRİLMƏSİ;
✔24 SAAT MÜHAFİZƏ.
Əgər Siz də qış tətilində əylənmək və öyrənmək istəyirsinizsə qeydiyyatdan keçin və düşərgənin bir parçası olun!
 Qeyd: Qış Məktəbi ödənişli əsaslarla təşkil olunur.
Qeydiyyat linki: https://rb.gy/tifwa2
Aşağıdakı şəxslərə güzəşt nəzərdə tutulur:
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin övladları üçün - 20%;
Vergi orqanları əməkdaşları və onların övladları üçün - 15%;
Əvvəlki Yay və Qış məktəblərimizdə və təlimlərimizdə iştirak edən şəxslərə - 10%;
Beş və daha artıq qrup şəklində qatılan şəxslərə - 10%;
Daha ətraflı məlumat üçün şərhə " + " işarəsi qeyd edə və ya aşağıdakı nömrələrdən biri ilə əlaqə saxlaya bilərsiniz.
(+994 050) 2543313
(+994 012) 4038872
vntedrismerkezi@gmail.com
Ünvan: Bakı şəh., Nərimanov r-nu, Ağa Nemətulla küç., 44
#WinterSchool #Finance #QışMəktəbi #Winterbootcamp #VNTədrisMərkəzi #Karyera
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az