Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN
Sumqayıt Dövlət Universiteti və Riyaziyyat və Mexanika İnstitutunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Riyaziyyatın nəzəri və tətbiqi problemləri” mövzusunda keçiriləcək II Beynəlxalq elmi konfrans keçiriləcək.
Konfransın keçirilmə tarixi: 25-26 aprel 2023-cü il
Konfransın keçirildiyi yer: Sumqayıt şəhəri
Konfransa aşağıdakı bölmələr üzrə məruzələr qəbul olunur:
1. Riyazi analizin nəzəri və tətbiqi məsələləri
2. Diferensial tənliklər, modelləşdirmə, optimallaşdırma və optimal idarəetmə məsələləri
3. İntellektual idarəetmə sistemlərinin modelləşdirilməsi
4. Riyaziyyat və informatikanın tədrisi metodikasının aktual məsələləri
İştirak forması: onlayn
Məruzəçi tərəfindən ödəniş tələb olunmur.
Konfrans materialları 10.04.2023-cı il tarixə qədər Azərbaycan, rus və ingilis dillərində fpm_ite_2020@mail.ru elektron ünvanına və ya elektron daşıyıcılarda aşağıdakı ünvanda qəbul olunur. 
AZ5008, Sumqayıt şəhəri, 43-cü məhəllə, Bakı küçəsi 1, Sumqayıt Dövlət Universiteti (I tədris korpusu), Riyaziyyat fakültəsi (otaq 307).
 
Əlaqə telefonları: +994515777477
Məsul katib: dos. dos. V.H.Babacanova
 
Konfrans materiallarının tərtibinə qoyulan tələblər:
Məqalə - Azərbaycan, rus və ingilis dillərində 4-5 tam səhifə həcmində.
Məqalənin mətni Microsoft Word mətn redaktəsi ilə yığılmalı (icazə.doc) və elektron daşıyıcıda təqdim edilməlidir.
Vərəqin ölçüsü – A4 formatda. Yerləşmə-kitab formasında. Hər tərəfdən 2,0 sm boş məsafə. Şifrə Times New Roman. Şifrənin ölçüləri – 12, adi.
Sətirlər arası interval – 1,15. Abzas – 1,25 sm. Yığılma - səhifənin eninə görə.
Məqalənin mətnində aşağıdakı məlumatların təqdim edilməsi zəruridir: UOT indeksi, məqalənin adı, müəlliflərin soyadı, inisialları, təşkilatın tam adı, annotasiya (3-5 cümlə) və açar sözlər (5-6 söz)
Ədəbiyyatlara istinadın kvadrat mötərizədə verilməsi zərururidir.
 
 
İŞTİRAK ÜÇÜN MÜRACİƏT
 
1
Müəllifin adı, soyadı, atasının adı
 
2
Elmi dərəcə, vəzifə
 
3
İş yeri – tam və qisaldilmlş şəkildə, şəhər, ölkə (hər həmmüəllif üçün)
 
4
əlaqə nömrəsi
 
5
e-mail
 
6
Tezisin adı
 
7
Aid olduğu bölmə (1-4)
 
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az