Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN
Sumqayıt Dövlət Universiteti “Heydər Əliyev İli”nə həsr olunmuş
“HEYDƏR ƏLİYEV VƏ MÜASİR AZƏRBAYCAN GƏNCLİYİ”
                                          mövzusunda tələbə və magistrantların                                             
“Ən yaxşı təqdimat” müsabiqəsini elan edir
 
Müsabiqənin keçirilməsində əsas məqsəd SDU-da təhsil alan tələbə-magistrantların təqdimat və nitq bacarıqlarını inkişaf etdirmək, Ulu Öndər Heydər Əliyevin gənclər siyasətində aparılan genişmiqyaslı islahatların təbliğini təşkil etməkdir.
Müsabiqə SDU-nun Heydər Əliyev Mərkəzi və Tələbə təşkilatları tərəfindən həyata keçirilir.
Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində hazırlanmış təqdimatları elektron şəkildə 11.05.2023-cü il tarixindən gec olmayaraq sdutelebehik@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.
Qaliblərin müəyyən edilməsi Sumqayıt Dövlət Universitetinin rektorunun müvafiq Əmri ilə yaradılan Ekspert Qrupu tərəfindən həyata keçirilir.
Qaliblər müəyyən edilərkən təqdim edilmiş təqdimatların daha dolğun olması, dərin məna kəsb etməsi və obrazlı şəkildə ifadə edilməsinə xüsusi diqqət yetiriləcəkdir.
Müsabiqə Sumqayıt Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin maliyyə vəsaiti hesabına həyata keçirilir.
Müsabiqədə I, II və III yerləri tutan tələbələr Sumqayıt Dövlət Universitetinin Fəxri fərmanı və pul mükafatı ilə təltif olunacaqlar.
I yer – 300 (üç yüz) manat
II yer – 200 (iki yüz) manat
III yer – 100 (yüz) manat
 
Qeyd: Müsabiqədə yalnız SDU-da təhsil alan tələbə və magistranlar iştirak edə bilərlər.

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az