Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Elanlar | Magistrantların XXIV Respublika elmi konfransı 16-17 may 2024-cü il tarixlərində Sumqayıt Dövlət Universitetində keçiriləcək
Magistrantların XXIV Respublika elmi konfransı 16-17 may 2024-cü il tarixlərində Sumqayıt Dövlət Universitetində keçiriləcək

 

Bölmələr
 
      1.  Fizika
      2.  Riyaziyyat
      3.  Mexanika
      4.  Elektroenergetika
      5.  İnformasiya texnologiyaları
      6.  Kimya və kimya-texnologiyası
      7.  Biologiya
      8.  Ekologiya
      9.  Tarix
      10. Coğrafiya 
      11. İqtisadiyyat
      12. Dilçilik
      13. Ədəbiyyatşünaslıq
      14. Pedaqogika
      15. Psixologiya
      16. Sənətşünaslıq
      17. Azərbaycan multikulturalizmi
 
        Konfransa təqdim edilən məruzə tezislərində problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələrinin tətbiq sahələrinə dair təklif verilməlidir. Əsaslandırılmış mühüm ideyaları olan məruzə tezislərinə üstünlük verilir.
        Təqdim edilən məruzə tezisləri plagiata yoxlanılır.
 
        1. Məruzə tezislərinin tərtib olunma qaydaları:
  • Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman (Az. latın), 11pt ilə 1 intervalla A4 formatda yığılır;
  • Boş yerlər: yuxarıdan və aşağıdan – 25 mm, soldan və sağdan 20 mm;
  • Məruzənin adı – BAŞ HƏRFLƏRLƏ qalın şriftlə ortada (birinci sətir);
  • Müəllifin soyadı, adı, atasının adı – kursiv qalın şriftlə ortada (ikinci sətir);
  • Ali məktəbin adı – kursiv, ortada (üçüncü sətir);
  • E-mail ünvanı – kursiv, ortada (dördüncü sətir);
  • Bölmənin adı məruzə tezisinin mətninin sonunda, solda;
  • Məruzə tezisinin mətni 2 səhifəyə qədər, səhifələr nömrələnmir.
       2. Məruzə tezisləri aşağıdakı sənədlərlə təqdim olunmalıdır:
  • Elmi rəhbərin rəyi;
  • Kafedranın protokolundan çıxarış;
 
       3. Bir müəllifdən 2-dən artıq məruzə tezisi qəbul edilmir.
 
       4. Məruzə tezisi elektron variantda aşağıdakı ünvana 2024-cü il aprel ayının 5-dək təqdim olunmalıdır:
              E-ünvan: Sabir.Xalilov@sdu.edu.az
              tel: 018 642-12-63; 018 642- 15-06 (1-19);
 
       5. Tələbləri ödəməyən məruzə tezisləri Təşkilat komitəsi tərəfindən qəbul edilmir, rəy verilmir, geri qaytarılmır.
 
       6. Konfransın formatı: əyani və ya onlayn (əlavə olaraq məlumat veriləcək).
 
       Konfransın açılışı 16 may 2024-cü il saat 1100-da SDU-nun akt zalında olacaqdır.
 
 
 
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az