Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
ELAN
  AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
            AKADEMİY.H.MƏMMƏDƏLİYEV ADINA NEFT-KİMYA PROSESLƏRİ İNSTİTUTU  
 
MƏLUMAT MƏKTUBU
 
         Hörmətli həmkarlar!
 
       Sizi 01 may 2024-cü il tarixində Sumqayıt Dövlət Universiteti və akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə həsr olunmuş “Gənc alimlərin yeni çağırışlara cavab verən elmi-tədqiqat perspektivləri” mövzusunda II Strateji panel-müzakirə toplantısında iştirak etməyə dəvət edirik.
 
Tədbirin işçi dilləri: azərbaycan, ingilis, rus
Tədbirin formatı: əyani
Toplu materiallarının tərtibinə qoyulan tələblər:
Kağızın ölçüsü
– A4
Boş sahə 
–hər tərəfdən 2 sm
Şrift
Times  New  Roman
Düstur
– Microsoft Equation
Şrift ölçüsü 
– 12 pt
Sətirarası interval
– 11 pt
Abzas
– 1 sm
Məqalənin yazıldığı dil
– azərbaycan, ingilis, rus
Məqalənin adı
– ortadan, böyük hərflərlə, qalın şriftlə
Müəllifin soyadı, adı, atasının adı
– ortadan, qalın şriftlə
İş yeri, şəhər, ölkə  
– ortadan, kursivlə
E-poçt ünvanı 
– ortadan, kursivlə
Açar sözlər (57 söz)
– azərbaycan, ingilis və rus dillərində
Xülasə (6080 söz)
– məqalənin yazıldığı dildən başqa iki dildə
Həcmi
– minimum 2 səhifə
Ədəbiyyata istinadlar
Ədəbiyyat siyahısı
– kvadrat mötərizədə
– əlifba sırası ilə
 
       Sumqayıt Dövlət Universiteti və akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu əməkdaşları tərəfindən təqdim olunan materiallar 22 aprel 2024cü il tarixinədək Sevda.Shaxverdiyeva@sdu.edu.az 
elektron poçtuna və ya əyani olaraq elektron daşıyıcılarda və çap olunmuş formada aşağıdakı ünvanda qəbul olunur: AZ5008. Sumqayıt ş., 43-cü məhəllə, Bakı küçəsi 1, Sumqayıt Dövlət Universiteti, Elmi hissə, otaq 2.
 
Məsul şəxs – Rektorun müşaviri, k.e.d. İsmayıl İsmayılov
Əlaqələndirici şəxs – Elmi hissənin müdiri, f.-r.e.n. Samir Orucov
Əlaqə telefonları: +994-18 642-15-06, daxili (1-26)
Təşkilat komitəsi

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az